İranın minaları Qərbi hərəkətə gətirdi: Hörmüzdə gizli əməliyyat

İranın minaları Qərbi hərəkətə gətirdi: Hörmüzdə gizli əməliyyat
25.08.2026 01:45 Dünya

Fransa, Böyük Britaniya və ABŞ hərbçiləri Hörmüz boğazında gizli əməliyyat keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə “Intelligence Online” nəşri məlumat yayıb.

Məlumata əsasən, avqustun 17-də başa çatan ABŞ-İran arasındakı 60 günlük atəşkəs müddəti ərzində Oman Qərb müttəfiqlərindən ölkənin Hörmüz boğazındakı ərazi sularının İran tərəfindən yerləşdirildiyi bildirilən sualtı minalardan təmizlənməsinə kömək istəyib.

Nəşr yazır ki, Fransa, Britaniya və ABŞ-dən olan döyüş dalğıclarının iştirakı ilə əməliyyat iyulun sonu - avqustun əvvəllərində həyata keçirilib. Riskli missiya ilə bağlı rəsmi açıqlama verilməyib.

Məqsəd atəşkəsin başa çatmasından və Vaşinqtonla Tehran arasında qeyri-müəyyənlik dövrünün yenidən başlamasından əvvəl Oman ərazi sularında təhlükəsiz gəmiçiliyi təmin etmək olub.

Əməliyyat nəticəsində minalardan təmizlənmiş ərazilər Omanın, eləcə də ABŞ-nin İranla danışıqlarda manevr imkanlarını genişləndirib.

Nəşrin məlumatına görə, Fransa və Böyük Britaniya bu missiyanı Omanla iyulun 6-da Yelisey sarayında imzalanmış, Sultanlığın suveren ərazi sularında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsini nəzərdə tutan razılaşma çərçivəsində həyata keçirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
25 AVQUST 2026
Bütün Xəbərlər