“Başqa yol yoxdur!” - Stubb Ukraynanın Rusiyaya hücumlarını dəstəklədi

“Başqa yol yoxdur!” - Stubb Ukraynanın Rusiyaya hücumlarını dəstəklədi
25.08.2026 01:21 Dünya

Finlandiya Prezidenti Aleksandr Stubb Ukraynanın Rusiya ərazisinin dərinliklərində yerləşən obyektlərə raket və dronlarla zərbələr endirmək imkanlarının artırılmasının vacib olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, bunun əsas məqsədi Rusiya üçün müharibənin “qiymətini artırmaqdır”.

“Hazırda Rusiya əhalisinin 65 faizi bu müharibənin başa çatmasını istəyir. “Wildberries” kimi logistika mərkəzlərinə zərbələr isə bu göstəricini daha 10 faiz artırır”, - deyə Stubb bildirib.

Finlandiya prezidenti Ukraynanın bu strategiyasını məntiqli hesab edib-etmədiyi ilə bağlı suala “bəli, şübhəsiz” cavabını verib.

“Bu, sülh danışıqlarının başlamasına nail olmağın yeganə yoludur”, - deyə o vurğulayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
25 AVQUST 2026
Bütün Xəbərlər