Tramp Kanadaya “od püskürdü”: “Nəticələri çox pis olacaq!”

Tramp Kanadaya “od püskürdü”: “Nəticələri çox pis olacaq!”
24.08.2026 22:56 Dünya

ABŞ Prezidenti Donald Tramp Kanadanın Ontario əyalətinin Baş naziri Duq Fordu tənqid edib və Ottavanı Vaşinqtondan öz maraqları üçün istifadə etməkdə ittiham edib.

TodayPress TV xəbər verir ki, Trampın “Truth Social” hesabında yazdığına görə, ABŞ onilliklər ərzində faktiki olaraq Kanadanı “saxlayıb”, lakin bu dövr artıq başa çatıb. Onun sözlərinə görə, Kanada ABŞ olmadan mövcudluğunu davam etdirməkdə çətinlik çəkərdi.

ABŞ prezidenti həmçinin Kanadanın enerji təminatında ABŞ-nin roluna diqqət çəkərək, ölkəyə verilən elektrik enerjisinin, neft və qazın əhəmiyyətli hissəsinin ABŞ üzərindən çatdırıldığını bildirib.

Tramp Kanada iqtisadiyyatındakı vəziyyəti də tənqid edib. O, ölkədə işsizliyin 10 faizə çatdığını, kanadalı şirkətlərin ABŞ-yə köçdüyünü və bunun “uğursuz siyasət və bacarıqsız rəhbərlik”lə bağlı olduğunu iddia edib.

“Onları sıraya salmaq lazımdır, əks halda Kanada üçün nəticələr daha da pis olacaq”, - Tramp yazıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
25 AVQUST 2026
Bütün Xəbərlər