Növbəti iki gündə çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ!

Növbəti iki gündə çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ!
06.07.2026 18:54

Fövqəladə Hallar Nazirliyi (FHN) iyulun 7-8-də Bakıda və Abşeron yarımadasında gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

TodayPress TV-nin məlumatına görə, müraciətdə bildirilib ki, güclü külək səbəbindən qeyd olunan günlərdə dənizə girmək təhlükəlidir.

FHN vətəndaşları təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağıraraq, qaydalara laqeyd yanaşmanın insan həyatı üçün ciddi təhlükə yaratdığını vurğulayıb.

Qeyd olunub ki, təhlükə ilə üzləşən şəxslər dərhal 112 qaynar xəttinə zəng etməlidirlər.

NEWS FEED
21 AUGUST 2026
All News