Britaniyanın milyonlarla funtluq fosil xəzinəsi Əbu-Dabiyə satıldı

Britaniyanın milyonlarla funtluq fosil xəzinəsi Əbu-Dabiyə satıldı
10.08.2026 09:19 Dünya

Britaniyanın ən əhəmiyyətli özəl Yura dövrü fosil kolleksiyalarından biri Əbu-Dabidəki Təbiət Tarixi Muzeyinə satılıb.

TodayPress TV xəbər verir ki, “The Guardian”ın məlumatına görə, kolleksiyanı almaq üçün Britaniya muzeyləri kifayət qədər vəsait tapa bilməyib.

Britaniyalı mütəxəssislər sövdələşməni ölkə üçün “itki” adlandırıblar.

Dorsetli şəxsi kolleksiyaçı Kris Murun topladığı 318 nümunə arasında ixtiozavr, balıq və xərçəngkimilərin fosilləri var. Nümunələrin bir qisminin elmə əvvəllər məlum olmayan növlərə aid ola biləcəyi bildirilir.

Kolleksiya əvvəlcə Londondakı Təbiət Tarixi Muzeyinə və Uels Muzeyinə təklif olunub. Alışın dəyərinin on milyonlarla funt sterlinq olduğu bildirilsə də, hər iki qurum maliyyə imkanlarının məhdudluğu səbəbindən kolleksiyanı əldə edə bilməyib.

Kolleksiya Britaniyanın məşhur Yura Sahilində, Laym Recis və Çarmut ərazilərinin Aşağı Lias təbəqələrindən toplanıb. Fosillərin yaşı 200-145 milyon il arasında dəyişir.

Birminhem Universitetinin paleobiologiya professoru Riçard Batler kolleksiyanın milli əhəmiyyət daşıdığını bildirib. O, fosillərin Britaniyada sərgilənməsinin və ictimaiyyət üçün əlçatan olmasının arzuolunan olduğunu deyib.

Əbu-Dabi Təbiət Tarixi Muzeyi kolleksiyanı əldə etdiyini təsdiqləyib. Nümunələrin böyük hissəsi artıq muzeyin Mezozoy dövrünə həsr olunmuş qalereyasında nümayiş etdirilir.

Məlumata görə, satış Britaniya qanunlarını pozmayıb. Fosillər arxeoloji tapıntılardan fərqli olaraq avtomatik şəkildə dövlət mülkiyyəti hesab edilmir. Qaydalara əsasən, mühüm nümunələr əvvəlcə Britaniya muzeylərinə təklif edilməlidir. Razılaşma əldə olunmadıqda isə onların xaricə satılması mümkündür.

Ştutqartdakı Dövlət Təbiət Tarixi Muzeyinin eksperti Erin Maksvell satışın Britaniya üçün itki olduğunu bildirib. Bununla belə, o, kolleksiyanın şəxsi əllərdə deyil, dövlət muzeyində qorunmasının müsbət tərəf olduğunu vurğulayıb.

Çarmut Sahil İrs Mərkəzinin paleontoloqu Fil Devidson isə fosillərin harada saxlanılmasından daha vacib məsələnin onların elmi ictimaiyyət üçün əlçatan olması olduğunu qeyd edib.

Mütəxəssislərin fikrincə, kolleksiyanın vahid şəkildə qorunması alimlərə nümunələri araşdırmaq və onların gələcək elmi təsnifatını aparmaq imkanı verəcək.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
10 AUGUST 2026
Nijnekamskdə PUA hücumu: 12 nəfər öldü, 39 nəfər yaralandı – MATƏM ELAN EDİLDİ 08:26 Levandovski “Barselona” əfsanələri arasında: Polşalı hücumçu tarix yazdı! 11:44 Azərbaycanlı boksçular Qazaxıstanda rəqiblərinə şans vermədi! 11:33 Mourinyodan illər sonra gələn etiraf: “Ürəyimin səsini dinlədim” 11:26 Çingiz Əlioğlu ilə vida mərasimi keçirilir 11:23 Xamenei martın ortalarından ölüb - İDDİA 11:10 Litvanın Baş naziri İlham Əliyevə zəng etdi 11:09 İlham Əliyev Məsud Pezeşkiana təşəkkür etdi 11:05 Pezeşkian Azərbaycan dilində danışdı, tənqid olundu 11:01 Bakıda əmlak bazarı ilə bağlı YENİ PROQNOZ: İpoteka və qiymətlər... 10:52 Rocer Federer gündəmdə: 45 yaşlı əfsanədən yeni fotolar 10:40 “Qalatasaray” Batrakovdan vaz keçdi: Yeni hədəf müəyyənləşdi! 10:32 Azərbaycan Borçalını itirdi? 10:29 925 yanğın hadisəsi baş verdi: FHN 43 nəfərin həyatını xilas etdi 10:10 Alonsonun gələcəyi ilə bağlı açıqlama: “O, hələ buna layiqdir” 09:59 Jurnalistin ruslarla bağlı dediyi söz işdən çıxarılmasına səbəb ola bilər 09:54 Bakıdakı “yəhudi”nin qurbanları: sensasion adlar – Deputat, iş adamı, zəngin qadınlar… 09:52 Pereyra və Oliveyra ilə görüş üçün böyük məbləğ ödənildi! 09:48 Oman sahillərində neft tankeri batdı: 800 kvadratkilometr ərazi çirkləndi 09:45 Nunyes üçün Türkiyə macərası: Salahla eyni komandada! 09:36 WNBA tarixində yeni rekord: Bir oyunda 10 üçlük! 09:24 Yaponiya orduda yeni mərhələyə keçir: Radar və döyüş təyyarələri süni intellektlə qorunacaq 09:33 Arauxonun “Liverpul”a keçidi gündəmdə: Flikdən etiraf! 09:22 Britaniyanın milyonlarla funtluq fosil xəzinəsi Əbu-Dabiyə satıldı 09:19 “Fənərbağça” Lukaku transferini bitirməyə çox yaxındır! 08:47 All News