Litvanın Baş naziri İlham Əliyevə zəng etdi

Litvanın Baş naziri İlham Əliyevə zəng etdi
10.08.2026 11:09 Xarici siyasət

Litvanın Baş naziri Mindaugas Sinkeviçyus Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı son dövrlərdə Azərbaycan ilə Litva arasında əlaqələrin inkişafında müşahidə olunan müsbət dinamika məmnunluqla qeyd edilib. Bu xüsusda, Litvanın sabiq Baş naziri İnqa Ruqinienenin bu ilin aprelində Azərbaycana səfəri və Prezident İlham Əliyevlə apardığı müzakirələr xatırlanıb.

Dövlət başçısı Mindaugas Sinkeviçyusu Baş nazir vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.

Mindaugas Sinkeviçyus təbriklərə görə təşəkkürünü ifadə edərək, Baş nazir kimi ikitərəfli əlaqələrimizin inkişafını daim diqqətdə saxlayacağını bildirib.

Telefon danışığı əsnasında Azərbaycan ilə Litva arasında enerji sahəsində əməkdaşlıq, xüsusilə enerji təhlükəsizliyinin təmin olunması, ticarət dövriyyəsinin artırılması məsələləri müzakirə olunub.

Litvanın Baş naziri Vaşinqton Sülh Sammiti və orada əldə olunmuş razılaşmaların ildönümü münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirib.

Telefon söhbəti zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri müzakirə olunub, son dövrlərdə həyata keçirilmiş yüksəksəviyyəli təmasların əməkdaşlığın inkişafına əsaslı töhfə verdiyi qeyd edilib.

Litvanın Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının inkişafına daim dəstək verdiyi vurğulanıb.

Azərbaycan Prezidenti və Litvanın Baş naziri, həmçinin beynəlxalq arenada mövcud vəziyyətə dair fikir mübadiləsi aparıblar.

TodayPress TV

XƏBƏR LENTİ
10 AVQUST 2026
Rayonlarda yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA 11:57 Vembanyama NBA tarixinin böyük rekorduna göz dikdi! 11:54 Nijnekamskdə PUA hücumu: 12 nəfər öldü, 39 nəfər yaralandı – MATƏM ELAN EDİLDİ 08:26 Levandovski “Barselona” əfsanələri arasında: Polşalı hücumçu tarix yazdı! 11:44 Azərbaycanlı boksçular Qazaxıstanda rəqiblərinə şans vermədi! 11:33 Mourinyodan illər sonra gələn etiraf: “Ürəyimin səsini dinlədim” 11:26 Çingiz Əlioğlu ilə vida mərasimi keçirilir 11:23 Xamenei martın ortalarından ölüb - İDDİA 11:10 Litvanın Baş naziri İlham Əliyevə zəng etdi 11:09 İlham Əliyev Məsud Pezeşkiana təşəkkür etdi 11:05 Pezeşkian Azərbaycan dilində danışdı, tənqid olundu 11:01 Bakıda əmlak bazarı ilə bağlı YENİ PROQNOZ: İpoteka və qiymətlər... 10:52 Rocer Federer gündəmdə: 45 yaşlı əfsanədən yeni fotolar 10:40 “Qalatasaray” Batrakovdan vaz keçdi: Yeni hədəf müəyyənləşdi! 10:32 Azərbaycan Borçalını itirdi? 10:29 925 yanğın hadisəsi baş verdi: FHN 43 nəfərin həyatını xilas etdi 10:10 Alonsonun gələcəyi ilə bağlı açıqlama: “O, hələ buna layiqdir” 09:59 Jurnalistin ruslarla bağlı dediyi söz işdən çıxarılmasına səbəb ola bilər 09:54 Bakıdakı “yəhudi”nin qurbanları: sensasion adlar – Deputat, iş adamı, zəngin qadınlar… 09:52 Pereyra və Oliveyra ilə görüş üçün böyük məbləğ ödənildi! 09:48 Oman sahillərində neft tankeri batdı: 800 kvadratkilometr ərazi çirkləndi 09:45 Nunyes üçün Türkiyə macərası: Salahla eyni komandada! 09:36 WNBA tarixində yeni rekord: Bir oyunda 10 üçlük! 09:24 Yaponiya orduda yeni mərhələyə keçir: Radar və döyüş təyyarələri süni intellektlə qorunacaq 09:33 Arauxonun “Liverpul”a keçidi gündəmdə: Flikdən etiraf! 09:22 Bütün Xəbərlər