“Fənərbağça” Lukaku transferini bitirməyə çox yaxındır!
“Napoli”nin hücumçusu Romelu Lukaku “Fənərbağça”ya keçməyə razılıq verib.
TodayPress TV xəbər verir ki, bu barədə insayder Matteo Moretto sosial şəbəkədə məlumat yayıb.
Bildirilib ki, 33 yaşlı belçikalı futbolçu ilə İstanbul təmsilçisi mümkün transferin şəxsi şərtləri üzrə tam razılığa gəlib. İndi “Fənərbağça” Lukakunun transferi ilə bağlı “Napoli” ilə danışıqlar aparır.
Türkiyə klubu hücumçu üçün artıq ilk təklifini göndərib. “Fənərbağça”nın təklifi təxminən 6 milyon avro təşkil edir. “Napoli” isə Lukakunun satışından 12 milyon avro qazanmaq istəyir.
Belçikalı futbolçunun Neapol təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Daha əvvəl Lukakunun komandanın mövsümöncəsi hazırlıq toplanışına qoşulmadığı və “Napoli”nin hücumçunu 10 milyon avroya buraxmağa hazır olduğu bildirilmişdi.
Qeyd edək ki, Lukaku ötən mövsüm “Napoli”nin heyətində 5 oyunda meydana çıxıb, 1 qol vurub və 1 sarı vərəqə alıb.
Namiq HUN