Bakıdakı “yəhudi”nin qurbanları: sensasion adlar – Deputat, iş adamı, zəngin qadınlar…

Bakıdakı “yəhudi”nin qurbanları: sensasion adlar – Deputat, iş adamı, zəngin qadınlar…
10.08.2026 09:52 Gündəm

Neçə gündür ölkə mediasında özünü yəhudi əsilli beynəlxalq hüquq müdafiəçisi kimi təqdim edən və “David Seliverstov” adı ilə tanınan şəxslə bağlı yazılar, xəbərlər dərc olunur. Əsl adının Kazım Abbasov olduğu deyilən bu şəxsin xeyli insanı aldatdığına dair iddialar var.

TodayPress TV Globalinfo-ya istinadla xəbər verir ki, müxtəlif adlar altında iş adamlarından, hüquq müdafiəçilərindən, zəngin qadınlardan müəyyən məbləğlərdə pullar alıb, mənimsəyib. Onun “qurbanları” arasında bir deputatın da adı hallanır…

“David Seliverstov”un iş düzəltmək, yaxud biznes qurmaq adı ilə xeyli adama pul borcu olduğu deyilir. Gəzən iddialara görə, pulunu geri istəyən bir neçə şəxs “Seliverstov” tərəfindən hədələnib, üstəlik onlara rədd cavabı verilib.

Bəs bu məsələ mediaya necə çıxdı?

Saytımıza daxil olan məlumata görə, Kazım Abbasov (“David Seliverstov”) Bakıda bir nəfərdən 100 min pul alıb. Həmin vəsaitlə iş qurmaq, yaxud işə düzəltməklə bağlı qarşı tərəfə söz verib. Lakin ortada nəticə olmadıqda pulu verən adam məsələni ictimailəşdirmək üçün müəyyən ünvanlardan kömək istəyib. Beləliklə, mövzu böyüyüb və mediaya çıxıb.

“David Seliverstov”un professor Qəzənfər Paşayevin kürəkəni olduğu deyilir. Mediada yazılan məlumatlarda bildirilir ki, o, Qəzənfər Paşayevin qızı, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayevanın həyat yoldaşıdır. İddialara görə, Kazım Abbasov Təranə Paşayevanın 500 min manat vəsaitini mənimsəyib. “Seliverstov”un bir neçə qadının da xeyli vəsaitini ələ keçirdiyinə dair iddialar dolaşır. Onun əsasən zəngin qadınları toruna saldığı haqda məlumatlar yayılıb.

İndi hər kəsi maraqlandıran bir neçə sual var: Kazım Abbasov necə “David Seliverstov”a çevrilib? Şəxsiyyət vəsiqəsində, ümumvətəndaş pasportunda, sürücülük vəsiqəsində və sair sənədlərdə onun ad-soyadı necə yazılıb? Neçə müddətdir milliyyətini yəhudi göstərməsi heç diqqət çəkməyib? Rəsmi qurumlar, aidiyyatı ünvanlar bu yalanın fərqində olmayıb?

Mediada çıxan məlumatlara görə, Kazım Abbasov 2011-ci ildə Nəsimi Rayon Polis İdarəsi tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə ittiham irəli sürülüb. Məhkəmənin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Daha sonra Xəzər Rayon Prokurorluğu tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.2-ci (saxta sənədlərdən bilə-bilə istifadə etmə) maddələri ilə cinayət işi başlanıb. Həmin iş üzrə Kazım Abbasov 2 il müddətinə azadlıqdan məhrum edilib və 3500 manat cərimə olunub.

Hazırda onun Gürcüstanda olduğu deyilir.

TodayPress TV

XƏBƏR LENTİ
10 AVQUST 2026
Pezeşkian Azərbaycan dilində danışdı, tənqid olundu 11:01 Bakıda əmlak bazarı ilə bağlı YENİ PROQNOZ: İpoteka və qiymətlər... 10:52 Rocer Federer gündəmdə: 45 yaşlı əfsanədən yeni fotolar 10:40 “Qalatasaray” Batrakovdan vaz keçdi: Yeni hədəf müəyyənləşdi! 10:32 Azərbaycan Borçalını itirdi? 10:29 925 yanğın hadisəsi baş verdi: FHN 43 nəfərin həyatını xilas etdi 10:10 Alonsonun gələcəyi ilə bağlı açıqlama: “O, hələ buna layiqdir” 09:59 Jurnalistin ruslarla bağlı dediyi söz işdən çıxarılmasına səbəb ola bilər 09:54 Bakıdakı “yəhudi”nin qurbanları: sensasion adlar – Deputat, iş adamı, zəngin qadınlar… 09:52 Pereyra və Oliveyra ilə görüş üçün böyük məbləğ ödənildi! 09:48 Oman sahillərində neft tankeri batdı: 800 kvadratkilometr ərazi çirkləndi 09:45 Nunyes üçün Türkiyə macərası: Salahla eyni komandada! 09:36 WNBA tarixində yeni rekord: Bir oyunda 10 üçlük! 09:24 Yaponiya orduda yeni mərhələyə keçir: Radar və döyüş təyyarələri süni intellektlə qorunacaq 09:33 Arauxonun “Liverpul”a keçidi gündəmdə: Flikdən etiraf! 09:22 Britaniyanın milyonlarla funtluq fosil xəzinəsi Əbu-Dabiyə satıldı 09:19 “Fənərbağça” Lukaku transferini bitirməyə çox yaxındır! 08:47 Hava xəbəri müzakirə yaratdı: Bakıya 4 gün yağış, ardınca isə… – AÇIQLAMA 08:57 Reşfordun taleyi bəlli oldu: Yalnız nəhəng təklif ayıra bilər! 08:41 Paytaxtın bu ərazilərində işıq olmayacaq 08:38 Messidən Argentina mediasına qarşı sərt qərar! 08:30 Tatarıstanda PUA həyəcanı: Neft emalı zavoduna hücum edildi - VİDEO 08:26 Cüdo millimiz Avropada növbəti uğura imza atdı! 08:18 Sərnişinlərin DİQQƏTİNƏ: 11 avtobusun dayanacağı dəyişir 21:43 Masallı sakinlərinin NƏZƏRİNƏ! Bu kəndlər qazsız qalacaq 22:06 Bütün Xəbərlər