Vuçiç: "ABŞ sanksiyalarında Rusiyanı günahlandırmıram"

Vuçiç: "ABŞ sanksiyalarında Rusiyanı günahlandırmıram"
09.10.2025 16:07 Dünya

Serbiya Prezidenti Aleksandr Vuçiç ABŞ-nin Serbiyanın Neft Sənayesinə (NIS) qarşı tətbiq etdiyi sanksiyalara görə Rusiyanı günahlandırmadığını bildirib.

TodayPress TV bu barədə "TASS"a istinadən xəbər verir.

“Mən yaxşı bilirəm ki, sanksiyalarda rusların günahı yoxdur. Amma prezident kimi xalqımın bundan sonra da günahsız əzab çəkməsinə icazə verə bilmərəm və verməyəcəyəm”, – Vuçiç qeyd edib.

O, Moskvanı Belqradla birlikdə yaranmış vəziyyətin həll yollarını tapmağa çağırıb.

Xatırladaq ki, ABŞ-nin “Qazprom Neft”in törəmə şirkəti olan NIS-ə qarşı sanksiyaları oktyabrın 8-dən qüvvəyə minib. Şirkət 2025-ci ilin əvvəlində ABŞ-nin Xüsusi Təyin Olunmuş Vətəndaşlar Siyahısına (SDN) əlavə edilib.

Qeyd edək ki, NIS-in 56,14 faiz səhmi Rusiyanın “Qazprom” və “Qazprom Neft” şirkətlərinə məxsusdur. ABŞ-nin bu addımından sonra Serbiya Rusiya kapitalının ölkədən çıxarılmasını istədiyini açıqlayıb.

Vuçiç daha əvvəl Serbiyanın NIS-i almağa hazır olduğunu bəyan etmişdi.

Jalə Rövşən

TodayPress TV


XƏBƏR LENTİ
10 AVQUST 2026
FIFA-da böhran böyüyür: üç konfederasiyadan araşdırma tələbi 13:43 Heç nə dəyişmədi, amma hər şey dəyişə bilər... - Paşinyan Ermənistanı hara aparır ? 13:34 Azərbaycan və Ukrayna səhiyyə sahəsində əməkdaşlıq edəcək 13:41 Azərbaycanın Belçikadakı səfiri geri çağırıldı 13:36 İranın iki yüksəkvəzifəli şəxsi Pakistana gedir – SƏFƏRİN SƏBƏBİ 13:17 Məmməd Əhmədzadə Azərbaycanın Belçikadakı səfiri təyin edildi 13:34 Azərbaycanın Polşadakı səfiri geri çağırılıb, yenisi təyin olundu 13:31 Azərbaycanın İsveçrədəki səfiri geri çağırıldı 13:28 “Klippers”dən rekord transfer: NBA-nın ən qısa və ən uzunboylusu bir arada! 13:25 “Dinamo”nun məşqçisi “Qarabağ”ın gücünü etiraf etdi 13:11 Lisenziyasız kosmetoloqla bağlı Səhiyyə Nazirliyi hərəkətə keçdi 13:04 Millilərimizdən Türkiyədə böyük hədəf: Qələbə və reytinq xalları! 13:07 Azad edilmiş ərazilərdə 891 mina və sursat zərərsizləşdirildi – 1 581 hektar təmizləndi 12:57 Mariupol–Cankoy yolunda güclü partlayış: Yanacaq çənləri yandı – VİDEO 12:33 Karlın dopinq etirafı: “Bunun əvəzini ödədim” 12:48 Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI 12:46 Smart keçmiş klubunun fanatlarını hədəfə aldı: “Ən çirkinlərdir” 12:36 Məkkə Sazişi - Türk ordusu 100 il sonra Məkkədə 12:32 İraolanın “Liverpul”dakı ilk addımları: Van Deykdən açıqlama 12:18 Rayonlarda yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA 11:57 Vembanyama NBA tarixinin böyük rekorduna göz dikdi! 11:54 Nijnekamskdə PUA hücumu: 12 nəfər öldü, 39 nəfər yaralandı – MATƏM ELAN EDİLDİ 08:26 Azərbaycanlı boksçular Qazaxıstanda rəqiblərinə şans vermədi! 11:33 Çingiz Əlioğlu ilə vida mərasimi keçirilir 11:23 Xamenei martın ortalarından ölüb - İDDİA 11:10 Bütün Xəbərlər