Çingiz Əlioğlu ilə vida mərasimi keçirilir

Çingiz Əlioğlu ilə vida mərasimi keçirilir
10.08.2026 11:23 Mədəniyyət

Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu ilə Təzəрir məscidində vida mərasimi keçirilir.

TodayPress TV xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, ədəbi-mədəni ictimaiyyətin təmsilçiləri, mərhumun ailə üzvləri, media nümayəndələri iştirak edirlər.

Çingiz Əli oğlu Əliyev (Çingiz Əlioğlu) 1944-cü il iyunun 29-da Füzuli şəhərində anadan olub. 1961–1965-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil alıb.

Bədii yaradıcılığa 1967-ci ildə “Gənc qələmlər” toplusunda çıxan “Xatirələr” şeiri ilə başlayan Çingiz Əlioğlu həmin vaxtdan dövri mətbuatda şeir, hekayə, ədəbi-bədii tərcümələr və publisistik məqalələrlə müntəzəm çıxış edib.

Şair “Gənclik” nəşriyyatında böyük redaktor, redaksiya müdiri, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor, Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində Nəşriyyatlar idarəsinin rəisi vəzifələrində işləyib. O, həmçinin Azərbaycan Yazıçılar Birliyində Poeziya bölməsinin rəhbəri, Mədəniyyət və Turizm Nazirliyində Nəşriyyat sektorunun müdiri vəzifələrində çalışıb.

Şairin “Nikbinlik”, “Ömür ağacı”, “Günəşli dayanacaqlar”, “Atlantlar”, “Görüşdən ayrılığa”, “Gün keçdi”, “Aynabənd”, “Fraqmentlər”, “Ruhumun həndəsəsi”, “Dünən və əbədi”, “Gecə və bahar”, “Tanrını tanı”, “Çərçivə” və s. kitabları oxucular tərəfindən maraqla qarşılanıb. Müəllifin şeirlərinə bəstələnmiş mahnılar tanınmış müğənnilərin ifasında könülləri oxşayır.

Əsərləri bir çox xarici dillərə tərcümə olunub, eyni zamanda bir sıra xarici müəlliflərin yaradıcılıq nümunələri onun tərcüməsində Azərbaycan oxucusuna çatdırılıb.

Çingiz Əlioğlunun yaradıcılıq fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 1991-ci ildə “Əməkdar mədəniyyət işçisi”, 2005-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adlarına layiq görülüb. Şair həmçinin 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edilib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi görkəmli şair, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlunun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

TodayPress TV

XƏBƏR LENTİ
10 AVQUST 2026
Məkkə Sazişi - Türk ordusu 100 il sonra Məkkədə 12:32 İraolanın “Liverpul”dakı ilk addımları: Van Deykdən açıqlama 12:18 Rayonlarda yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA 11:57 Vembanyama NBA tarixinin böyük rekorduna göz dikdi! 11:54 Nijnekamskdə PUA hücumu: 12 nəfər öldü, 39 nəfər yaralandı – MATƏM ELAN EDİLDİ 08:26 Levandovski “Barselona” əfsanələri arasında: Polşalı hücumçu tarix yazdı! 11:44 Azərbaycanlı boksçular Qazaxıstanda rəqiblərinə şans vermədi! 11:33 Mourinyodan illər sonra gələn etiraf: “Ürəyimin səsini dinlədim” 11:26 Çingiz Əlioğlu ilə vida mərasimi keçirilir 11:23 Xamenei martın ortalarından ölüb - İDDİA 11:10 Litvanın Baş naziri İlham Əliyevə zəng etdi 11:09 İlham Əliyev Məsud Pezeşkiana təşəkkür etdi 11:05 Pezeşkian Azərbaycan dilində danışdı, tənqid olundu 11:01 Bakıda əmlak bazarı ilə bağlı YENİ PROQNOZ: İpoteka və qiymətlər... 10:52 Rocer Federer gündəmdə: 45 yaşlı əfsanədən yeni fotolar 10:40 “Qalatasaray” Batrakovdan vaz keçdi: Yeni hədəf müəyyənləşdi! 10:32 Azərbaycan Borçalını itirdi? 10:29 925 yanğın hadisəsi baş verdi: FHN 43 nəfərin həyatını xilas etdi 10:10 Alonsonun gələcəyi ilə bağlı açıqlama: “O, hələ buna layiqdir” 09:59 Jurnalistin ruslarla bağlı dediyi söz işdən çıxarılmasına səbəb ola bilər 09:54 Bakıdakı “yəhudi”nin qurbanları: sensasion adlar – Deputat, iş adamı, zəngin qadınlar… 09:52 Pereyra və Oliveyra ilə görüş üçün böyük məbləğ ödənildi! 09:48 Oman sahillərində neft tankeri batdı: 800 kvadratkilometr ərazi çirkləndi 09:45 Nunyes üçün Türkiyə macərası: Salahla eyni komandada! 09:36 WNBA tarixində yeni rekord: Bir oyunda 10 üçlük! 09:24 Bütün Xəbərlər