Belqoroda hücum: Elektrik və su kəsildi, ölən var - VİDEO

Belqoroda hücum: Elektrik və su kəsildi, ölən var - VİDEO
03.07.2026 08:26 Dünya

Ukrayna qüvvələri Belqorod və ətraf ərazilərə raket zərbəsi endirib. Hücumdan sonra bəzi ərazilərdə elektrik enerjisi və su təchizatı kəsilib.

TodayPress TV xəbər verir ki, Rusiya rəsmiləri hücum nəticəsində bir nəfərin həlak olduğunu açıqlayıblar.

Yerli sakinlərin sosial şəbəkələrdə paylaşdığı görüntü və məlumatlara görə, partlayışlardan sonra şəhərin bir sıra rayonlarında elektrik enerjisi kəsilib. Elektrik kəsintisi səbəbindən su nasos stansiyalarının fəaliyyəti dayanıb və su təchizatında da fasilələr yaranıb.

Məlumatlarda Miçurinskaya İstilik Elektrik Stansiyasının (TES) zərbəyə məruz qaldığı iddia edilir. Rəsmi qurumlar isə stansiyanın zədələnməsi ilə bağlı hələlik ətraflı məlumat verməyiblər.

Belqorod vilayətinin əməliyyat qərargahının məlumatına görə, hücum nəticəsində elektrik infrastrukturu zədələnib və şəhərin bəzi hissələrində enerji təchizatı dayandırılıb. Təmir-bərpa işlərinin davam etdiyi bildirilir.

Rəsmi məlumata əsasən, Belqorod şəhərində mərminin düşməsi nəticəsində bir qadın həyatını itirib.

Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin pilotsuz uçuş aparatlarını vurduğunu açıqlayıb. Hücumun nəticələri və elektrik təchizatının tam nə vaxt bərpa olunacağı isə hələ məlum deyil.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
17 AUGUST 2026
Fernandes üçün transfer savaşı davam edir: “Siti” geri addım atmadı 16:11 Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır 13:41 Kriştianu Ronaldodan karyera sonrası həyat etirafı: “Gələcəyim planlaşdırılıb” 15:54 Azərbaycan əhalisinin sayı açıqlandı 15:37 "Tour de France" qəzası Vingeqoru mövsümü vaxtından əvvəl bitirməyə məcbur etdi 15:39 İstanbul hava limanı yenə rekord qırdı – 290 mindən çox sərnişin... 14:28 General rütbəsi alan sərhədçilər... - Dosye 15:10 “Barselona” əfsanəsi Buskets məşqçi kimi kluba qayıtdı 14:57 Bakının mərkəzində meydana Ukrayna şairi və yazıçısının adı verildi 14:36 Futbol dünyasını sarsıdan hadisə: “Kalyari”nin gənc hücumçusu reanimasiyada 14:48 Tətil niyə yorğunluğu aradan qaldırmır? 14:11 “Bu, yalnız həyatda bir dəfə yaşanır”: Cokoviç Paris zəfərini xatırladı 14:41 “Sumqayıt”a ağır itki: Kapitan uzun müddət komandaya kömək edə bilməyəcək 14:13 Tramp İrana böyük iqtisadi zərbə endirməyə hazırlaşır 13:58 Bir oyun belə keçirmədi, “Real”a rekord qazandırdı! 14:01 Çin kosmosa yeni peyk göndərdi 13:49 “Mançester Siti” gələcəyin ulduzunu tapdı: Buaddi transfer olunur! 13:37 Benzemanın tələbi “Əl-Hilal”ı dalana dirəyib! 13:28 4 Avropa ölkəsi Rusiyanın pasportlarına məhdudiyyət qoyur 13:25 Olimpiya mükafatçısından gözlənilməz qərar: Kirpiçnikova karyerasını bitirdi 13:16 Putindən sonra hansı Rusiya? – Məşhur şərhçidən sensasion proqnozlar 13:13 Kataloniya nəhəngi Dyökeresin peşində: “Barselona” qərarını verdi! 13:07 Sabah hava necə olacaq? – PROQNOZ 12:34 İspaniyada Azərbaycan bayrağı zirvədə: cüdoçularımızdan 2 qızıl! 12:51 Azərbaycan diasporunun Moskvadakı rəhbəri deportasiya edildi 12:38 All News