Fernandes üçün transfer savaşı davam edir: “Siti” geri addım atmadı
“Mançester Siti” “Çelsi”nin argentinalı yarımmüdafiəçisi Enso Fernandesi transfer etmək planından imtina etməyib.
TodayPress TV “AS” nəşrinə istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar yaxın günlərdə yenidən başlayacaq.
Məlumata əsasən, Fernandes “Mançester Siti”nin transfer hədəfləri siyahısında qalır. Baş məşqçi Enso Mareskinin istəyi ilə futbolçuya maraq davam edir.
“Çelsi”nin Fernandeslə bağlı müəyyən etdiyi müddətin avqustun 14-də başa çatmasına baxmayaraq, tərəflər danışıqları davam etdirməyə hazırlaşır. Transferdə əsas mübahisə mövzusu futbolçunun keçidi üçün tələb olunan məbləğdir.
Fernandesin özü də Mareski ilə yenidən işləmək istəyir və “Mançester Siti”yə keçməyə maraqlıdır. Transferin reallaşmasını sürətləndirmək üçün “Çelsi”nin idman direktorları danışıqlara agent Jorje Mendeşi də cəlb ediblər. Mendeş futbolçunun 2023-cü ildə “zadəganlar”a keçidinin rəsmiləşdirilməsində də iştirak edib.
Qeyd edək ki, Enso Fernandes 2023-cü ilin yanvarından “Çelsi”də çıxış edir. Onun London təmsilçisi ilə müqaviləsi 2032-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalında futbolçunun bazar dəyəri 100 milyon avro qiymətləndirilir.
Namiq HUN
TodayPress TV