Fəzail Ağamalı Ramana qəbiristanlığında dəfn edildi

Fəzail Ağamalı Ramana qəbiristanlığında dəfn edildi
10.02.2026 13:53

Sabiq deputat, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı Ramana qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.

TodayPress TV xəbər verir ki, Fəzail Ağamalı ailə üzvlərinin məzarlarının yanında dəfn olunub.

Dəfn mərasimində mərhumun yaxınları, ictimai-siyasi xadimlər və media nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Fəzail Ağamalı fevralın 9-da Türkiyədə vəfat edib.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
21 AUGUST 2026
All News