Güney Azərbaycan niyə İranın boğazında qaldı?

Güney Azərbaycan niyə İranın boğazında qaldı?
28.07.2026 11:34 Təhlil

İran Azərbaycana qarşı münasibətləri növbəti mərhələyə daşıyaraq, faktiki olaraq ölkəmizə informasiya müharibəsi elan edib. Bu gedişat göstərir ki, İranın Azərbaycanla bağlı müəyyən planları var. Bu niyyətləri pərdələmək üçünsə "Cənubi Azərbaycan" anlayışından bəhanə kimi istifadə edir.

İran tərəfi AzTV-ni və digər kanallarımızı efirdə "Güney Azərbaycan" ifadəsinin işlədilməsinə görə ittiham edir. Halbuki Azərbaycan heç bir halda İranın ərazi bütövlüyünə hörmətsizlik etmir. Azərbaycanın Güney Azərbaycan haqqında danışması onun konstitusiya hüququdur; dünyadakı bütün azərbaycanlıların hüquq və azadlıqları qorunmalı, onların milli kimliyinin inkişafına dəstək verilməlidir.


Buna baxmayaraq, Azərbaycan İranın suverenliyinə hər zaman hörmətlə yanaşıb. Lakin unutmaq olmaz ki, İran Qarabağ müharibəsi dönəmində Ermənistana açıq dəstək verdi, torpaqlarımızın işğal olunmasında, ata-baba yurdlarımızın darmadağın edilməsində dolayısı ilə iştirak etdi. İllər öncə Qarabağdan məcburi köçkün düşmüş soydaşlarımızın düşərgələrinə "humanitar yardım" adı altında gələrək şiəlik təbliğatı apardılar, insanların ağır vəziyyətindən istifadə edib onları dini ideologiya ilə zəhərləməyə çalışdılar.

Bu gün isə İran ABŞ və İsrail ilə yaşadığı gərginlik fonunda münaqişənin miqyasını böyütməyə çalışır. Bölgədə müharibəyə cəlb edilməmiş ölkə qalmasın prinsipi ilə xaos yaratmaq, bununla da Vaşinqton və Təl-Əvivə təzyiq göstərmək niyyətindədir.

Azərbaycan İranın ərazi bütövlüyünü tanıdığını bəyan etdiyi halda, Tehran rejiminin nümayəndələri ölkəmizə "Aran Respublikası" və ya "Bakı Cümhuriyyəti" deyə müraciət edirlər. İran millət vəkilləri və SEPAH-a bağlı şəbəkələr Azərbaycanın suverenliyinə açıq hörmətsizlik nümayiş etdirirlər. "Bakı Cümhuriyyəti" ifadəsini işlətmək Azərbaycanın digər torpaqlarını tanımamaq deməkdir.


Hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulanda da İran beynəlxalq müstəvidə "bu ad bizimdir" deyərək kampaniya aparırdı. Amma unudurlar ki, son min ildə İran adlanan coğrafiyanı məhz Azərbaycan sülalələri — Səlcuqlular, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar və Qacarlar idarə edib.

İran Azərbaycan Respublikasını rusların, ateistlərin və ya sionistlərin yaratdığı "süni dövlət" kimi qələmə verməyə çalışır. Lakin İranın özünün nə qədər süni bir yapıya malik olduğu onun etnik tərkibində, dövlətçilik modelində və yürütdüyü siyasətdə aydın görünür.

Azərbaycan harada yaşamasından asılı olmayaraq — istər İranda, istər İsraildə, istərsə də Ermənistanda — bütün soydaşlarının hüquqlarını müdafiə etmək məcburiyyətindədir. İran Azərbaycanı ittiham etməzdən əvvəl öz tarixinə baxmalıdır; o tarixdə azərbaycanlıların silinməz möhürü var.

Bu gün Azərbaycan ədəbiyyatında Güney Azərbaycan mövzusu qırmızı xətdir. Biz tariximizdən Bəxtiyar Vahabzadəni, Səməd Behrəngini, Məhəmmədhüseyn Şəhriyarı, Məmməd Arazı, yoxsa " İki bölünməkdən elə qorxmuşam, Çöpü də ikiyə bölmərəm daha." deyən Söhrab Tahirimi silməliyik? Bu cür yanaşmanın da bir həddi olmalıdır.

Azərbaycanı hədəf almaqda İranın ana geosiyasi məqsədi sıxışdırılıb çıxarıldığı Qafqaza yenidən qayıtmaqdır. Xəzər dənizini hərbi risk zonasına çevirdikləri kimi, münaqişəni Cənubi Qafqaza da sıçratmaq, Azərbaycana ideoloji, dini və mənəvi basqı etmək istəyirlər.

Lakin unudurlar ki, Azərbaycan Respublikası strateji mövqeyi, müstəqil xarici siyasəti və son hərbi-siyasi qələbələri ilə bölgənin ən güclü aktyorudur. İranın bu təxribatçı siyasəti ən çox onun özü üçün təhlükəlidir. Çünki İranda yaşayan milyonlarla azərbaycanlı — Güney Azərbaycan faktoru — Azərbaycan Respublikasının haqlı mövqeyini dəstəkləyir və müdafiə edir.


Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı

FOTOLAR

Güney Azərbaycan niyə İranın boğazında qaldı? — 1
XƏBƏR LENTİ
28 IYUL 2026
Media nümayəndələri üçün növbəti “Sosial Jurnalistika” təlimi təşkil edildi 13:12 40 dərəcə isti olacaq - SABAHIN HAVASI 13:00 Türkiyə Gümrüyə gedən dəmir yolunu bərpa edir - İş başlandı 12:55 Əfsanəvi Mourinyonun sirrləri ilk dəfə üzə çıxacaq 12:51 Putin Prezident İlham Əliyevə zəng etdi 12:44 Karrinin gələcəyi ilə bağlı iddialara son nöqtə qoyuldu 12:38 Tehran yardım adı ilə əhaliyə arxalarındakı dövlətin Azərbaycan yox, İran olması təbliğatını aparıb 12:30 LeBron üçün yeni missiya: “Filadelfiya”da hər şey ona tapşırılacaq 12:11 XİN Perunu Milli Günü münasibətilə təbrik etdi 12:01 Yaponiyada güclü zəlzələ oldu - Sunami təhlükəsi elan edilib 11:53 XİN-dən Zaxarovanın fikirlərinə sərt reaksiya: SON QOYULMALIDIR! 11:48 Güney Azərbaycan niyə İranın boğazında qaldı? 11:34 İranda "Güney Azərbaycan" ifadəsi zəlzələ yaratdı - AZTV-yə hücumun şifrələri 11:28 Məşq faciə ilə başa çatdı: norveçli idmançı həyatını itirdi 11:27 Səyyar ASAN xidmət Laçında 11:24 Vaxt uzadan qapıçılar artıq cəzasız qalmayacaq 11:17 İranda Azərbaycandan çox yəhudi yaşayır, nədir bu nifrət, Tehran?! 11:11 Tramp Abe Hamadehin Azərbaycana səfəri barədə məqaləsini öz səhifəsində paylaşdı 11:10 Leau üçün yeni yarış: “Fənərbağça” da sıraya qoşuldu 11:06 SEPAH həddini aşdı - Azərbaycanı İran cəhənnəminə daxil etmək üçün bombalanmış gəmilərdən istifadə etdilər 11:00 US Open öncəsi Sabalenkadan maraqlı məşq görüntüləri 10:52 Addainin yeni ünvanı hər kəsi təəccübləndirdi 10:36 “Qızıl top” sahibi PSJ-ni seçdi 10:23 Küləkli hava davam edir - FAKTİKİ HAVA 10:21 “Arsenal” Vinisius bombasını partlatmağa hazırlaşır 10:14 Bütün Xəbərlər