“Qızıl top” sahibi PSJ-ni seçdi

“Qızıl top” sahibi PSJ-ni seçdi
28.07.2026 10:23 İdman

PSJ klubunun və Fransa millisinin vingeri Usman Dembele bu yay “Əl-Hilal”ın sərfəli transfer təklifini geri çevirib.

TodayPress TV xəbər verir ki, bu barədə jurnalist və insayder Saşa Tavolyeri “X” sosial şəbəkəsində məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, 2025-ci ilin “Qızıl top” mükafatının sahibi yaxın vaxtlarda PSJ ilə yeni müqavilə imzalayacaq.

Dembele 2025/2026 mövsümündə bütün turnirlərdə 40 oyunda meydana çıxaraq 20 qol vurub və 11 məhsuldar ötürmə edib.

2026-cı il dünya çempionatında isə fransalı futbolçu səkkiz matçda iştirak edib. O, yeddi görüşə start heyətində başlayıb, beşində əvəzlənib. Turnir ərzində Dembele 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, 28 yaşlı futbolçunun PSJ ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalında onun bazar dəyəri 100 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 IYUL 2026
Yaponiyada güclü zəlzələ oldu - Sunami təhlükəsi elan edilib 11:53 XİN: Mariya Zaxarovanın keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər reallığın təhrif olunmasıdır 11:48 Güney Azərbaycan niyə İranın boğazında qaldı? 11:34 İranda "Güney Azərbaycan" ifadəsi zəlzələ yaratdı - AZTV-yə hücumun şifrələri 11:28 Məşq faciə ilə başa çatdı: norveçli idmançı həyatını itirdi 11:27 Səyyar ASAN xidmət Laçında 11:24 Vaxt uzadan qapıçılar artıq cəzasız qalmayacaq 11:17 İranda Azərbaycandan çox yəhudi yaşayır, nədir bu nifrət, Tehran?! 11:11 Tramp Abe Hamadehin Azərbaycana səfəri barədə məqaləsini öz səhifəsində paylaşdı 11:10 Leau üçün yeni yarış: “Fənərbağça” da sıraya qoşuldu 11:06 SEPAH həddini aşdı - Azərbaycanı İran cəhənnəminə daxil etmək üçün bombalanmış gəmilərdən istifadə etdilər 11:00 US Open öncəsi Sabalenkadan maraqlı məşq görüntüləri 10:52 Addainin yeni ünvanı hər kəsi təəccübləndirdi 10:36 “Qızıl top” sahibi PSJ-ni seçdi 10:23 Küləkli hava davam edir - FAKTİKİ HAVA 10:21 “Arsenal” Vinisius bombasını partlatmağa hazırlaşır 10:14 İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı? 10:11 Arda Turandan Çempionlar Liqası ilə bağlı mühüm açıqlama 10:00 Sudzuki uğrunda transfer yarışı qızışır 09:50 İkardidən sevinc dolu paylaşım: Məhkəmədə qalib gəldim! 09:44 İspan jurnalistdən Yamal üzərindən diqqətçəkən mesaj 09:32 Kamçatkada güclü zəlzələ baş verdi 09:42 İlk dəfə! WNBA Ulduzlar Oyunu NBA-nı üstələdi 09:22 FIFA prezidentindən rəsmi ifadə tələb olundu 09:11 Salah transferi niyə baş tutmadı? "Beşiktaş" danışdı 09:01 Bütün Xəbərlər