LeBron üçün yeni missiya: “Filadelfiya”da hər şey ona tapşırılacaq
ESPN-in tanınmış jurnalisti və insayderi Şems Çaraniya NBA ulduzu LeBron Ceymsin “Filadelfiya”daki mümkün rolu barədə fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, ikiillik müqavilə imzalayan təcrübəli basketbolçu yeni komandasında əsasən hücumların təşkilatçısı funksiyasını yerinə yetirəcək.
“LeBronun meydanda uzun müddət hücumların təşəbbüskarı kimi çıxış edəcəyini gözləyirəm. O, oyunu idarə edəcək, tempi müəyyənləşdirəcək, faktiki olaraq pleymeyker rolunu oynayacaq və Tayriz Maksi, Ceylen Braun və Coel Embiid üçün imkanlar yaradacaq”, – deyə Çaraniya bildirib.
Qeyd edək ki, LeBronun “Filadelfiya” ilə müqaviləsində nadir rast gəlinən 15 faizlik “trade kicker” maddəsi də yer alıb. Bu bəndə əsasən, klub 41 yaşlı basketbolçunu başqa komandaya göndərərsə, o, müqaviləsinin qalan məbləğinin 15 faizi həcmində bonus alacaq. Bu ödəniş müqavilənin qalan müddəti ərzində bölüşdürüləcək və onu transfer edən klubun maaş limitinə daxil ediləcək.
Bununla yanaşı, LeBronun mümkün transferə veto qoymaq hüququ yoxdur. Çünki bunun üçün tələb olunan eyni klubda dörd mövsümlük staja malik deyil. Həmçinin ikinci il üçün oyunçu opsiyası nəzərdə tutan ikiillik müqavilə də onu avtomatik olaraq transferdən qorumur.
Namiq HUN