Türkiyə Gümrüyə gedən dəmir yolunu bərpa edir - İş başlandı
Türkiyədə Ermənistanın Gümrü şəhərinə aparan dəmir yolu xəttinin bərpasına başlanılıb.
TodayPress TV xəbər verir ki, bu barədə Akyaka şəhərinin meri Erduger Toptaş məlumat verib.
Onun sözlərinə görə, bərpa işlərinin 2-3 ay ərzində başa çatdırılması planlaşdırılır. Layihə çərçivəsində Akyakadan Gümrüyə qədər torpaq yolunun tikintisi üçün də tender elan olunub.
Mer bildirib ki, dəmir yolu infrastrukturunun yenidən istifadəyə verilməsi Türkiyə və Ermənistan üçün iqtisadi baxımdan faydalı olacaq. Onun sözlərinə görə, layihə kənd təsərrüfatı, sənaye və digər sahələrdə əməkdaşlıq imkanlarını genişləndirə bilər.
Qeyd edək ki, Türkiyə-Ermənistan sərhədinin normallaşdırılması istiqamətində aparılan danışıqlar fonunda nəqliyyat-kommunikasiya xətlərinin bərpası iki ölkə arasında münasibətlərin inkişafında mühüm addımlardan biri hesab olunur.