XİN-dən Zaxarovanın fikirlərinə sərt reaksiya: SON QOYULMALIDIR!

XİN-dən Zaxarovanın fikirlərinə sərt reaksiya: SON QOYULMALIDIR!
28.07.2026 11:46 Xarici siyasət

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın növbəti dəfə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər reallığın təhrif olunmasıdır.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Mariya Zaxarovanın fikirlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Qarabağ bölgəsi beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya tərəfindən hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınıb:

"Bu səbəbdən, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) mexanizmlərinin 30 il ərzində Ermənistanın işğalı altında saxlanmış Azərbaycanın suveren ərazilərinə münasibətdə tətbiq edilməsi məsələsini davamlı şəkildə gündəmdə saxlamaq cəhdi və bunun Qarabağ bölgəsinin Ermənistan tərəfindən tanınıb-tanınmaması ilə əlaqələndirilməsi Rusiya tərəfinin Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı rəsmi mövqeyinə zidd olmaqla yanaşı, tamamilə əsassızdır".

XİN sözçüsü əlavə edib ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüququn tələblərinə uyğun olaraq bərpa edib və bununla keçmiş münaqişə həll olunub:

"Bu çərçivədə, Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şəkildə şərh edilməsi təcrübəsinə son qoyulmalıdır".

Qeyd edək ki, iyulun 27-də Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova "Qvardeysk" gənclər forumunda çıxışı zamanı bildirib ki, "Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) mexanizmindən istifadə edilməsinə çağırış etsə də, bunun kimin və nəyə münasibətdə tətbiq olunması sual idi. Təəssüf ki, xoşbəxtlikdən "Dağlıq Qarabağ"ın Ermənistan tərəfindən nə özününkü, nə də müstəqil ərazi kimi tanınmadığı məlumdur. Belə bir şəraitdə KTMT-nin kollektiv təhlükəsizlik mexanizmindən istifadə olunması mümkün deyildi".

TodayPress TV

XƏBƏR LENTİ
28 IYUL 2026
DİQQƏT! Bu ərazilərdə iki gün su olmayacaq 13:18 Media nümayəndələri üçün növbəti “Sosial Jurnalistika” təlimi təşkil edildi 13:12 40 dərəcə isti olacaq - SABAHIN HAVASI 13:00 Türkiyə Gümrüyə gedən dəmir yolunu bərpa edir - İş başlandı 12:55 Əfsanəvi Mourinyonun sirrləri ilk dəfə üzə çıxacaq 12:51 Putin Prezident İlham Əliyevə zəng etdi 12:44 Karrinin gələcəyi ilə bağlı iddialara son nöqtə qoyuldu 12:38 Tehran yardım adı ilə əhaliyə arxalarındakı dövlətin Azərbaycan yox, İran olması təbliğatını aparıb 12:30 LeBron üçün yeni missiya: “Filadelfiya”da hər şey ona tapşırılacaq 12:11 XİN Perunu Milli Günü münasibətilə təbrik etdi 12:01 Yaponiyada güclü zəlzələ oldu - Sunami təhlükəsi elan edilib 11:53 XİN-dən Zaxarovanın fikirlərinə sərt reaksiya: SON QOYULMALIDIR! 11:48 Güney Azərbaycan niyə İranın boğazında qaldı? 11:34 İranda "Güney Azərbaycan" ifadəsi zəlzələ yaratdı - AZTV-yə hücumun şifrələri 11:28 Məşq faciə ilə başa çatdı: norveçli idmançı həyatını itirdi 11:27 Səyyar ASAN xidmət Laçında 11:24 Vaxt uzadan qapıçılar artıq cəzasız qalmayacaq 11:17 İranda Azərbaycandan çox yəhudi yaşayır, nədir bu nifrət, Tehran?! 11:11 Tramp Abe Hamadehin Azərbaycana səfəri barədə məqaləsini öz səhifəsində paylaşdı 11:10 Leau üçün yeni yarış: “Fənərbağça” da sıraya qoşuldu 11:06 SEPAH həddini aşdı - Azərbaycanı İran cəhənnəminə daxil etmək üçün bombalanmış gəmilərdən istifadə etdilər 11:00 US Open öncəsi Sabalenkadan maraqlı məşq görüntüləri 10:52 Addainin yeni ünvanı hər kəsi təəccübləndirdi 10:36 “Qızıl top” sahibi PSJ-ni seçdi 10:23 Küləkli hava davam edir - FAKTİKİ HAVA 10:21 Bütün Xəbərlər