“Arsenal” Vinisius bombasını partlatmağa hazırlaşır

“Arsenal” Vinisius bombasını partlatmağa hazırlaşır
28.07.2026 10:14 İdman

İngiltərənin “Arsenal” klubu “Real Madrid”in hücumçusu Vinisius Junioru yay transfer pəncərəsində əsas hədəf kimi müəyyənləşdirib.

TodayPress TV xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, “Arsenal”ın baş məşqçisi Mikel Arteta braziliyalı futbolçunun transferində maraqlıdır və klub daxilində Vinisiusun keçidi yay dövrünün əsas prioriteti hesab olunur.

Bununla belə, Vinisius “topçular”ın sol cinah hücumunu gücləndirmək üçün nəzərdən keçirdiyi bir neçə namizəddən biridir.

Xatırladaq ki, daha əvvəl “Arsenal”ın “Real”ın futbolçusuna maraq göstərdiyi barədə xəbərlər yayılmışdı. Hazırda Vinisiusun Madrid təmsilçisi ilə müqaviləsi 30 iyun 2027-ci il tarixinədək qüvvədədir və yeni anlaşma hələ imzalanmayıb.

26 yaşlı hücumçu ötən mövsüm bütün turnirlərdə 53 oyunda iştirak edib, 22 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalında futbolçunun bazar dəyəri 140 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 IYUL 2026
Vaxt uzadan qapıçılar artıq cəzasız qalmayacaq 11:17 İranda Azərbaycandan çox yəhudi yaşayır, nədir bu nifrət, Tehran?! 11:11 Tramp Abe Hamadehin Azərbaycana səfəri barədə məqaləsini öz səhifəsində paylaşdı 11:10 Leau üçün yeni yarış: “Fənərbağça” da sıraya qoşuldu 11:06 SEPAH həddini aşdı - Azərbaycanı İran cəhənnəminə daxil etmək üçün bombalanmış gəmilərdən istifadə etdilər 11:00 US Open öncəsi Sabalenkadan maraqlı məşq görüntüləri 10:52 Addainin yeni ünvanı hər kəsi təəccübləndirdi 10:36 “Qızıl top” sahibi PSJ-ni seçdi 10:23 Küləkli hava davam edir - FAKTİKİ HAVA 10:21 “Arsenal” Vinisius bombasını partlatmağa hazırlaşır 10:14 İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı? 10:11 Arda Turandan Çempionlar Liqası ilə bağlı mühüm açıqlama 10:00 Sudzuki uğrunda transfer yarışı qızışır 09:50 İkardidən sevinc dolu paylaşım: Məhkəmədə qalib gəldim! 09:44 İspan jurnalistdən Yamal üzərindən diqqətçəkən mesaj 09:32 Kamçatkada güclü zəlzələ baş verdi 09:42 İlk dəfə! WNBA Ulduzlar Oyunu NBA-nı üstələdi 09:22 FIFA prezidentindən rəsmi ifadə tələb olundu 09:11 Salah transferi niyə baş tutmadı? "Beşiktaş" danışdı 09:01 Qlobal bazarlarda neft qiymətləri gerilədi 09:06 “Sabah” Avropa yolunda vacib imtahana çıxır 08:56 Moskva alov içində: Wildberries-in ən böyük anbarı belə vuruldu - VİDEO 08:41 ABŞ qoşunlarının Avropadakı taleyi masadadır – Pentaqon variantlar hazırlayır 08:10 Moskvaya bir gecədə 390-dan çox PUA hücumu olub 08:03 İsrail və Livan yenidən danışıqlar masasına qayıdır – Tarix açıqlandı 07:55 Bütün Xəbərlər