Məşq faciə ilə başa çatdı: norveçli idmançı həyatını itirdi

Məşq faciə ilə başa çatdı: norveçli idmançı həyatını itirdi
28.07.2026 11:27

Norveçli süvari Kari Mette Stenerud üçnövçülük üzrə məşq zamanı baş verən bədbəxt hadisə nəticəsində həyatını itirib.

TodayPress TV xəbər verir ki, bu barədə Norveç Atçılıq Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Hadisə yerinə gələn həkimlər idmançıya ilkin tibbi yardım göstərsələr də, onun həyatını xilas etmək mümkün olmayıb. Polis Stenerudun yaxınlarını məlumatlandırıb və hadisə ilə bağlı araşdırmaları davam etdirir. Bildirilib ki, bədbəxt hadisə zamanı at xəsarət almayıb.

Federasiyanın açıqlamasında qeyd olunub ki, hadisənin bütün təfərrüatları araşdırılır və zərərçəkənlərə lazımi dəstək göstərilir.

“Bu, Norveçdə təşkil olunmuş atüstü idman yarışları çərçivəsində insan ölümü ilə nəticələnən ilk hadisədir. Gələcəkdə bu cür halların qarşısının alınması üçün bütün zəruri addımlar atılacaq”, – deyə federasiyanın bəyanatında bildirilib.

Qeyd edək ki, 37 yaşlı Kari Mette Stenerud konkur və üçnövçülük növlərində çıxış edir, “Skedsmo Rideklubb” klubunu təmsil edirdi.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 IYUL 2026
İlham Əliyevlə Putin arasında telefon danışığı – TƏCİLİ 12:44 Karrinin gələcəyi ilə bağlı iddialara son nöqtə qoyuldu 12:38 Tehran yardım adı ilə əhaliyə arxalarındakı dövlətin Azərbaycan yox, İran olması təbliğatını aparıb 12:30 LeBron üçün yeni missiya: “Filadelfiya”da hər şey ona tapşırılacaq 12:11 XİN Perunu Milli Günü münasibətilə təbrik etdi 12:01 Yaponiyada güclü zəlzələ oldu - Sunami təhlükəsi elan edilib 11:53 XİN: Mariya Zaxarovanın keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər reallığın təhrif olunmasıdır 11:48 Güney Azərbaycan niyə İranın boğazında qaldı? 11:34 İranda "Güney Azərbaycan" ifadəsi zəlzələ yaratdı - AZTV-yə hücumun şifrələri 11:28 Məşq faciə ilə başa çatdı: norveçli idmançı həyatını itirdi 11:27 Səyyar ASAN xidmət Laçında 11:24 Vaxt uzadan qapıçılar artıq cəzasız qalmayacaq 11:17 İranda Azərbaycandan çox yəhudi yaşayır, nədir bu nifrət, Tehran?! 11:11 Tramp Abe Hamadehin Azərbaycana səfəri barədə məqaləsini öz səhifəsində paylaşdı 11:10 Leau üçün yeni yarış: “Fənərbağça” da sıraya qoşuldu 11:06 SEPAH həddini aşdı - Azərbaycanı İran cəhənnəminə daxil etmək üçün bombalanmış gəmilərdən istifadə etdilər 11:00 US Open öncəsi Sabalenkadan maraqlı məşq görüntüləri 10:52 Addainin yeni ünvanı hər kəsi təəccübləndirdi 10:36 “Qızıl top” sahibi PSJ-ni seçdi 10:23 Küləkli hava davam edir - FAKTİKİ HAVA 10:21 “Arsenal” Vinisius bombasını partlatmağa hazırlaşır 10:14 İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı? 10:11 Arda Turandan Çempionlar Liqası ilə bağlı mühüm açıqlama 10:00 Sudzuki uğrunda transfer yarışı qızışır 09:50 İkardidən sevinc dolu paylaşım: Məhkəmədə qalib gəldim! 09:44 Bütün Xəbərlər