Mik Şumaxer yeni yarışa hazırdır!

Mik Şumaxer yeni yarışa hazırdır!
29.04.2026 16:36 İdman

Almaniyalı pilot Mik Şumaxer “İndi-500” yarışında iştirak üçün tələb olunan xüsusi testləri uğurla başa vurub.

TodayPress TV xəbər verir ki, “Rahal Letterman Lanigan Racing” komandasının üzvü olan sabiq “Formula-1” pilotu “Rookie Orientation Programme” proqramından keçərək yarışa buraxılış alıb.

Mik Şumaxer daha əvvəl 2,5 millik (4 km) oval trasda yarışmadığı üçün qaydalara əsasən iki günlük açıq testlərin ilk günündə yeni sürücülər üçün nəzərdə tutulan tanışlıq proqramını tamamlamalı idi.

Proqrama əsasən, Şumaxer əvvəlcə saatda 205-210 mil (330-338 km/saat) sürətlə 10 dövrə vurmalı idi. Daha sonra 215-220 mil/saat (346-354 km/saat) aralığında 15 dövrə və sonda 215 mildən çox sürətlə daha 15 dövrə qət etməli idi.

Almaniyalı pilot bütün mərhələləri uğurla tamamlayıb və artıq İndianapolis avtodromunda digər yeni iştirakçılar kimi yarışın qalan hazırlıq mərhələlərində iştirak edə biləcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 Bütün Xəbərlər