Matçın son dəqiqələrində gərginlik: Messi rəqib futbolçuya əl qaldırdı

Matçın son dəqiqələrində gərginlik: Messi rəqib futbolçuya əl qaldırdı
22.08.2026 13:30 İdman

Argentina millisinin hücumçusu Lionel Messi və “İnter Mayami”nin qapıçısı İan Frey MLS matçı zamanı “Filadelfiya Union”un futbolçusu ilə yaşanan insidentə görə cərimələnib.

TodayPress TV "ESPN"ə istinadən xəbər verir ki, MLS İntizam Komitəsi Messi və Freyi rəqibin üzünə, başına və ya boynuna toxunma qaydasını pozduqları üçün cərimələyib.

Çempionatın “Filadelfiya Union”la 2:2 hesablı heç-heçə başa çatan matçının son dəqiqələrində Messi rəqib futbolçu Kuinn Sallivanla mübahisə zamanı onun başının arxasına əli ilə zərbə vurub. Daha sonra İan Frey də Sallivanla insidentə qarışıb. Messi və Freyə tətbiq edilən cərimələrin məbləği açıqlanmayıb.

Sallivanın komanda yoldaşı Kavan Sallivan isə həmin qarşılaşmada aldığı qırmızı vərəqəyə görə verilən bir oyunluq cəzadan apellyasiya nəticəsində azad edilib.

Xatırladaq ki, aqustun 16-da Messi MLS-in müntəzəm çempionatında “Neşvill”ə 1:4 hesabı ilə uduzduqları matçdan sonra hakimləri söyüb. Hücumçu rəqibin üçüncü qolundan sonra referinin qərarından narazılığını ifadə edərək epizod zamanı yıxılmasına diqqət yetirmədiyini bildirib və buna görə xəbərdarlıq alıb.

XƏBƏR LENTİ
22 AVQUST 2026
Bütün Xəbərlər