Əməkdar jurnalist Nurani vəfat etdi

Əməkdar jurnalist Nurani vəfat etdi
22.08.2026 09:48 Sosial

Əməkdar jurnalist Nurani (Tofiqəxanım) Qasımova uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib.

TodayPress TV xəbər verir ki, bu barədə yaxınları sosial şəbəkədə məlumat yayıb.

1970-ci il təvəllüdlü Tofiqəxanım Qasımova orta məktəbi qızıl medalla, Azərbaycan Tibb Universitetini isə fərqlənmə diplomu ilə bitirib.

Jurnalistika fəaliyyətinə 1992-ci ildə başlayıb. Müxtəlif illərdə “Yurddaş”, “Ayna”–“Zerkalo” nəşrlərində çalışıb, uzun müddət “Exo” qəzetinin beynəlxalq həyat şöbəsinin müdiri və siyasi icmalçısı olub. Son illərdə isə Minval.az və “Minval Politika” xəbər portalında redaktor vəzifəsində çalışıb.

2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkə mətbuatının inkişafındakı xidmətlərinə görə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Nurani tanınmış jurnalistlər Fazil Qasımov və Dilbər Axundzadənin qızıdır.

XƏBƏR LENTİ
22 AVQUST 2026
Bütün Xəbərlər