Qış gəlmədən təcili dəstək paketi: Vadeful Kiyevdə nəyi müzakirə edəcək?

Qış gəlmədən təcili dəstək paketi: Vadeful Kiyevdə nəyi müzakirə edəcək?
22.08.2026 11:30 Dünya

Almaniyanın xarici işlər naziri Yohann Vadeful Ukraynaya səfər edib.

TodayPress TV Almaniya Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, səfər Ukraynanın avqustun 24-də qeyd olunan Müstəqillik Günü ərəfəsində baş tutub.

Səfər çərçivəsində Vadeful Ukrayna rəhbərliyi ilə ölkənin silahlı qüvvələrinə hərbi dəstək və Kiyev ilə Berlin arasında təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə etməyi planlaşdırır.

Almaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, səfərin əsas diqqət mərkəzində qarşıdan gələn qışa hazırlıq məsələsi dayanır. Söhbət generatorların, ehtiyat hissələrinin və digər enerji texnologiyalarının təqdim edilməsindən, Ukraynanın enerji sektoruna dəstəkdən, həmçinin həyati əhəmiyyətli infrastrukturun qorunması tədbirlərindən gedir.

Qiymət Mahir

XƏBƏR LENTİ
22 AVQUST 2026
Bütün Xəbərlər