Kiyevdə ev qiymətləri dondu: Satıcılar mənzilləri satışdan niyə çıxarır?

Kiyevdə ev qiymətləri dondu: Satıcılar mənzilləri satışdan niyə çıxarır?
22.08.2026 14:50 Dünya

Kiyevdə mənzil alqı-satqısı bazarı demək olar ki, dayanıb.

TodayPress TVStrana.ua”ya istinadən xəbər verir ki, buna iki əsas səbəb var: hücumların intensivləşməsi və qarşıdan gələn qışla bağlı bədbin proqnozlar, həmçinin Kiyevdə sövdələşmələrin yarısına qədərini təşkil edən dövlət proqramlarının maliyyələşdirilməsinin olmaması.

“Əməliyyatlar çox azdır. Əvvəllər satışları hərəkətə gətirən “eVidnovlennya” və “eOselya” dövlət proqramları hazırda demək olar ki, maliyyələşdirilmir”, – deyə “KiyevDomServis” daşınmaz əmlak agentliyinin rəhbəri Andrey Romanov nəşrə bildirib.

Onun sözlərinə görə, hətta sövdələşmələri artıq təsdiqlənmiş alıcılar da vəsait ala bilmirlər. Əlində pulu olan alıcılar isə hücumların intensivləşməsini nəzərə alaraq Kiyevdə mənzil almağın məqsədəuyğunluğu barədə daha çox düşünməyə başlayıblar.

Romanovun sözlərinə görə, buna baxmayaraq, daşınmaz əmlakın qiymətləri ucuzlaşmır. Bir çox satıcı hərbi əməliyyatlar başa çatdıqdan sonra qiymətlərin artacağına ümid edərək mənzilləri satışdan çıxarır.

Qiymət Mahir

XƏBƏR LENTİ
22 AVQUST 2026
Bütün Xəbərlər