Hindistanın xarici işlər naziri Rusiyaya səfər edəcək
Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar avqustun 23-24-də Rusiyaya səfər edəcək.
TodayPress TV Hindistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Cayşankar səfər çərçivəsində Hindistan-Rusiya Ticarət, İqtisadi, Elmi, Texnoloji və Mədəni Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 27-ci iclasına həmsədrlik edəcək.
Səfər Rusiya Baş nazirinin birinci müavini Denis Manturovun dəvəti ilə baş tutacaq. Cayşankar, həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək və regional və qlobal məsələlərə dair fikir mübadiləsi aparacaq.
Qiymət Mahir