Bakıda təşkil olunan voleybol üzrə Avropa çempionatının C qrupunda növbəti görüşlər baş tutacaq

Bakıda təşkil olunan voleybol üzrə Avropa çempionatının C qrupunda növbəti görüşlər baş tutacaq
22.08.2026 11:00 İdman

Bakıda qadın voleybolçular arasında təşkil olunan Avropa çempionatının C qrupunda bu gün növbəti matçlar baş tutacaq.

TodayPress TV xəbər verir ki, əvvəlcə Belçika və İspaniya seçmələri üz-üzə gələcəklər.

Bu qarşılaşma saat 15:30-da başlayacaq. Daha sonra Rumıniya və Niderland komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Görüşün start fiti saat 18:30-da səsləndiriləcək.

Qeyd edək ki, C qrupunun oyunları avqustun 28-nə qədər Milli Gimnastika Arenasında təşkil olunacaq. Açılış matçında Azərbaycan millisi Portuqaliyanı 3:1 hesabı ilə məğlub edib.

XƏBƏR LENTİ
22 AVQUST 2026
Bütün Xəbərlər