Obyektini dronlardan qoruya bilməyən şirkətlər müsadirə olunacaq - Putindən YENİ QƏRAR
Rusiya Prezidenti Vladimir Putinin yeni fərmanına əsasən, öz obyektlərini Ukrayna dronlarının hücumlarından qoruya bilməyən özəl şirkətlərin əmlakı müsadirə edilə bilər.
TodayPress TV xəbər verir ki, qərar yanacaq-energetika, sənaye, rabitə, nəqliyyat və logistika sahələrindəki obyektlərə şamil olunur.
Bu qərar Ukraynanın son günlər Rusiyadakı müxtəlif obyektlərə dron hücumlarını artırmasından sonra qəbul edilib. Bildirilir ki, Ukrayna dörd gün ərzində Ozon şirkətinin altı anbarını vurub və nəticədə şirkətin səhmləri 30 faiz ucuzlaşıb. Həmçinin “Wildberries” şirkətinin 20-dən çox obyektinin hücuma məruz qaldığı qeyd olunur.
Kübra Musayeva