Qalibaf səs-küylü planın üstünü açdı: Qonşu ölkələr İranla nəyi razılaşdırır?
İran rəhbərliyi qonşu ölkələrdən Fars körfəzi regionunda yeni təhlükəsizlik sisteminin formalaşdırılması ilə bağlı mesajlar alıb.
TodayPress TV xəbər verir ki, bunu İran Məclisinin sədri Məhəmməd Baqer Qalibaf deyib.
“Biz qonşu ölkələrdən regionda yeni təhlükəsizlik tədbirlərinin hazırlanması ilə bağlı mesajlar almışıq”, – deyə İran parlamentinin spikeri bildirib.
Qalibafın sözlərinə görə, onun fikrincə, “yalnız regionda müstəqil təhlükəsizlik sistemi sülh gətirəcək”. O, Tehranın bu cür mesajları hansı qonşu dövlətlərdən aldığını açıqlamayıb.
Qiymət Mahir