İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 87 nəfərə çatıb

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 87 nəfərə çatıb
22.08.2026 15:57 Dünya

Şərqi Nusa-Tenqarada (İndoneziya) 7,7 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 87 nəfərə çatıb.

TodayPress TV İndoneziya mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli İdarəsinin nümayəndəsi Berton Pancaitan mətbuat konfransında bildirib.

"Bu günə olan məlumata görə, ölənlərin ümumi sayı 87 nəfər təşkil edir. Zərərçəkənlərin sayı 1 298 nəfərə çatıb, onlardan 336-sı ciddi xəsarət alıb", - o qeyd edib.

Nümayəndənin sözlərinə görə, iyunun 15-də baş vermiş zəlzələdən sonra 5 012 afterşok qeydə alınıb.

Afterşokların davam etməsi səbəbindən təxliyə edilənlərin sayı da artıb. Hazırda onların ümumi sayı 150 576 nəfər təşkil edir.


XƏBƏR LENTİ
22 AVQUST 2026
Bütün Xəbərlər