Batumi hava limanında 300-dən çox MDMA həbi aşkarlandı
Gürcüstan polisi Batumi hava limanında ölkəyə xüsusilə külli miqdarda narkotik vasitə keçirməkdə şübhəli bilinən şəxsi saxlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Şəxsi axtarış zamanı sərnişinin üzərindən 300-dən çox MDMA həbi aşkarlanaraq götürülüb.
Nazirlik saxlanılan şəxsin vətəndaşlığını, şəxsiyyətini və digər təfərrüatları, o cümlədən onun haradan gəldiyini açıqlamayıb.
Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması, eləcə də xüsusilə külli miqdarda narkotik vasitələrin ölkəyə qanunsuz gətirilməsinə görə məsuliyyət nəzərdə tutan 260 və 262-ci maddələri ilə aparılır.
Qiymət Mahir