Tarixdə ilk dəfə: Fəaliyyətdə olan prezidentin şərəfinə hərbi gəmi adlandırılır?

Tarixdə ilk dəfə: Fəaliyyətdə olan prezidentin şərəfinə hərbi gəmi adlandırılır?
22.08.2026 17:35 Dünya

ABŞ Hərbi Dəniz Qüvvələri “Gerald R. Ford” sinfinin hazırda Doris Millerin şərəfinə adlandırılması planlaşdırılan dördüncü atom aviadaşıyıcısının adının dəyişdirilməsi imkanını nəzərdən keçirir.

TodayPress TV CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrində aparılan müzakirələrdən xəbərdar olan üç mənbə məlumat verib.

Miller 1941-ci ildə Yaponiyanın Perl-Harbora hücumu zamanı “USS West Virginia” döyüş gəmisində yeməkxana köməkçisi kimi xidmət edib. Hücum zamanı o, yaralılara kömək edib və gəminin müdafiəsində iştirak edib. Sonradan Miller ABŞ Hərbi Dəniz Qüvvələrinin Xaç ordeni ilə təltif olunan ilk qaradərili hərbçi olub.

CVN-81 təyinatını almış gələcək aviadaşıyıcının əsas tikinti mərhələsinə hələ başlanılmayıb. CNN-in məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələrində gəminin ABŞ Prezidenti Donald Trampın şərəfinə adlandırılması ehtimalı da müzakirə olunub. Bununla belə, yeni adla bağlı yekun qərar hələ qəbul edilməyib və gəmi başqa bir şəxsin adını da daşıya bilər.

Ənənəvi olaraq ABŞ Hərbi Dəniz Qüvvələri aviadaşıyıcıları prezidentlərin şərəfinə adlandırır, lakin bunu adətən onların prezidentlik müddəti başa çatdıqdan sonra edir. Əgər CVN-81 həqiqətən Trampın adını daşısa, bu, görünməmiş hal olacaq, çünki o, fəaliyyətdə olan prezidentin şərəfinə adlandırılan ilk hərbi gəmi olacaq.

Bununla belə, aviadaşıyıcının 2030-cu illərin ortalarında, Trampın hazırkı prezidentlik müddəti başa çatdıqdan sonra xidmətə daxil olacağı gözlənilir.

Qiymət Mahir

XƏBƏR LENTİ
22 AVQUST 2026
Bütün Xəbərlər