Kəraçidə törədilən terror aktı nəticəsində altı nəfər həlak oldu - YENİLƏNİB

Kəraçidə törədilən terror aktı nəticəsində altı nəfər həlak oldu - YENİLƏNİB
27.06.2026 23:30 Dünya

Kəraçidə Sind əyalətinin hərbi statuslu xüsusi asayiş keşikçilərinin (reyncerlərin) mənzil-qərargahına terrorçuların hücumu zamanı altı nəfər həlak olub.

TodayPress TV xəbər verir ki, bu barədə "Dawn" nəşri region polisinin baş inspektoru Cavid Alam Odhoya istinadən məlumat yayıb.

Məlumata görə, hücumdan sonra Gülüstani-Cövhər rayonunda atışma başlayıb və bu zaman üç reyncer və üç terrorçu həlak olub.

Odhonun sözlərinə görə, terrorçular avtomobili mənzil-qərargahın əsas darvazasına çırpıblar. O həmçinin bildirib ki, ərazidə təmizləmə əməliyyatı aparılır və rayon Xüsusi Mühafizə Bölməsinin döyüşçüləri, antiterror qüvvələri və reyncerlər tərəfindən mühasirəyə alınıb.

Qeyd edək ki, Pakistan reyncerləri - DİN-ə tabe olan, lakin nizami Pakistan ordusunun Pəncab və Sind reyncerlərinin tərkibindən olan zabitlər tərəfindən idarə edilən Pakistan Mülki Silahlı Qüvvələrinin federal hərbiləşdirilmiş birləşmələridir.

xxx

Pakistanın Kəraçi şəhərinin Gülüstani-Cövhər rayonunda atəş səsləri eşidilib və partlayış baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə "Dawn" nəşri yerli polisə istinadən məlumat yayıb.

"Sind əyalətinin 1122 Xilasetmə Xidməti Gülüstani-Cövhərdə partlayış barədə məlumat alıb və dərhal hadisə yerinə xilasetmə briqadası yönəldib", - məlumatda bildirilib.

Qeyd olunub ki, hadisə yerinə polis xüsusi təyinatlıları və Çevik Reaksiya Qüvvələrinin əməkdaşları da gəlib, lakin hələlik xəsarət alanlar və ya həlak olanlar barədə məlumat yoxdur.

Nəşrin məlumatına görə, ərazi polis tərəfindən mühasirəyə alınıb.

TodayPress TV

XƏBƏR LENTİ
28 IYUN 2026
Netanyahu: ABŞ və Livan İsrailin təhlükəsizlik zonasını saxlamaq hüququnu tanıyıb 23:59 Vuçiç: Serbiya nəyin bahasına olursa-olsun... 23:33 Kəraçidə törədilən terror aktı nəticəsində altı nəfər həlak oldu - YENİLƏNİB 21:01 Cüdoçularımız Avropa Açıq Turnirinin ilk günündə üç medal qazandılar 23:19 Bakıda UFC həyəcanı Rafael Fiziyevin nokautu ilə zirvəyə çatdı - VİDEO 23:12 Türkiyədə mikroavtobus aşdı, ölən və yaralananlar var 22:16 Venesuelada baş verən zəlzələdə ölənlərin sayı 1400-ü ötdü 22:03 "UFC Fight Night Baku": Maqomedov Pereyranı məğlub etdi- YENİLƏNİB 20:30 Corc Rassell Avstriya Qran-prisinin təsnifat mərhələsinin qalibi oldu 22:01 ABŞ-nin İran millisindən tələbi: Dərhal ölkədən çıxın 21:29 Putindən Stalin olarmı? 22:02 Tramp Putinlə olan həmin sövdələşmədən imtina edə bilər 21:51 Bu ölkədə yenidən məcburi hərbi xidmət tətbiq oluna bilər 21:23 Avropa yanır - Əhali kondisionerlə tanış olur 21:25 "Qarabağ" Avstriya klubunu böyük hesabla məğlub etdi 21:15 "Zirə" yoxlama oyununda "Navbahor"a məğlub oldu 20:47 Moskvaya doğru uçan iki PUA vuruldu 20:44 Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək 20:27 15 mərtəbəli binanın 16-cı mərtəbəsində yeni mənzil tikdilər 20:16 "UFC Fight Night Baku": Fərman Həsənov qələbə qazandı 18:14 İran ABŞ-ni ittiham etdi - SEPAH və XİN-dən iki mühüm bəyanat 19:52 ABŞ Venesuelaya qüvvələr göndərdi - VİDEO 19:33 İran Azərbaycana hücum etməyə hazırlaşırdı, Pezeşkian qarşısını aldı 19:29 Ceyhun Bayramov və Hakan Fidan regiondakı təhlükəsizlik vəziyyətini müzakirə etdi 19:21 "Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşdi 19:08 Bütün Xəbərlər