"UFC Fight Night Baku": Maqomedov Pereyranı məğlub etdi- YENİLƏNİB

"UFC Fight Night Baku": Maqomedov Pereyranı məğlub etdi- YENİLƏNİB
27.06.2026 22:40 İdman

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir qarşılaşma baş tutub.

TodayPress TV-nin məlumatına görə, gecənin ikinci əsas görüşündə Rusiya təmsilçisi Şarabutdin Maqomedov (84,36) Braziliyadan olan Mişel Pereyra (84,14) ilə qarşılaşıb.

Orta çəkidəki dueldə Ş. Maqomedov qələbə qazanıb. O, üç raundun yekununa əsasən qalib olub.

"UFC Fight Night Baku"da gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.

xxx

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir qarşılaşma baş tutub.

TodayPress TV-nin məlumatına görə, azərbaycanlı Nazim Sadıxov (70,76 kq) Milli Gimnastika Arenasındakı yarışda oktaqona çıxıb.

O, Braziliya təmsilçisi Mateus Kamilo ilə üz-üzə gəlib.

N.Sadıxov ilk raundda rəqibinə uduzub.

xxx

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir qarşılaşma baş tutub.

TodayPress TV-nin məlumatına görə, əsas görüşlərin üçüncü duelində Qazaxıstan təmsilçisi Asu Almabayev (57,15) ABŞ-dən olan Çarlz Consonla (56,92) üz-üzə gəlib.

Super yüngül çəkidəki döyüşdə A. Almabayev qələbə qazanıb.

O, üçüncü raundda rəqibini təslim olmağa məcbur edib.

xxx

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir qarşılaşma baş tutub.

TodayPress TV-nin məlumatına görə, bu dəfə Rusiya təmsilçisi İkram Aliskerov (84,36) braziliyalı Bruno Ferreyra (83,91) ilə üz-üzə gəlib.

Orta çəkidəki döyüşdə İ. Aliskerov qələbə qazanıb. O, üç raundun yekununda rəqibini üstələyib.

xxx

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində əsas qarşılaşmalar başlayıb.

TodayPress TV xəbər verir ki, ilk olaraq Almaniyanı təmsil edən Abus Maqomedov (84,14) polşalı Mixal Olekseyçukla (84,36) üz-üzə gəlib.

Orta çəkidəki görüşdə A. Maqomedov qələbəyə sevinib. O, birinci raundda vaxtından əvvəl qalib gəlib.

"UFC Fight Night Baku" turniri

Əsas döyüşlər

Abus Maqomedov (Almaniya) - Mixal Olekseyçuk (Polşa)

İkram Aliskerov (Rusiya) - Bruno Ferreyra (Braziliya)

Asu Almabayev (Qazaxıstan) - Çarlz Conson (ABŞ)

Nazim Sadıxov (Azərbaycan) - Mateus Kamilo (Braziliya)

Şarabutdin Maqomedov (Rusiya) - Mişel Pereyra (Braziliya)

Rafael Fiziyev (Azərbaycan) - Manuel Torres (Meksika)

TodayPress TV

XƏBƏR LENTİ
14 AVQUST 2026
Almaniyanın avtomobil sənayesində böhran dərinləşir: 42 min iş yeri itirilib 15:37 Gənc badmintonçular Bakıda bir araya gəldi: böyük mübarizə başladı! 16:33 Moskva Vaşinqtondan izahat istəyir: “Cavab gözləyəcəyik” 15:27 Alvares “Barselona” sözlərindən peşman oldu, amma ayrılmaq istəyindən vaz keçmədi! 16:17 Rusiya Qara dənizdə atəşkəslə razılaşmadı 15:03 İrəvan Avropa çətiri altından İranla əl sıxır - Qərb bu əməkdaşlığa niyə göz yumur? 15:02 Keçmiş UFC döyüşçüsündən Mahaçevə ağır sözlər: “Səviyyə aşağıdır!” 15:56 Batrakov “Qalatasaray”la razılaşdı, transfer üçün son addım qaldı! 15:40 Rumıniyada həyəcan: Ukrayna sərhədinə dron düşdü 14:47 Putin "kitel"ini geyindi - dünyanın gözü yeni savaş cəbhəsinə çevrildi 14:23 Bakıda böyük oyun: “Qarabağ” – “Tvente” matçını norveçlilər idarə edəcək! 15:24 Nunyes üçün İstanbul rəqabətini “Trabzonspor” qazandı! 15:17 DİN kiberdələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq etdi 14:12 Yanğına səbəb olan 5 nəfər məsuliyyətə cəlb olundu 12:57 Samuxda "qara yara" həyəcandı: Kəndə xüsusi nəzarət postu qoyuldu 14:55 “Tvente” – “Qarabağ” matçında albaniyalı hakimlər ədaləti qoruyacaq! 14:49 Almaniyada dəhşətli meşə yanğını: Bütün kənd təxliyə edildi 13:45 Sabah çimərliklərdə hava necə olacaq? 12:51 Bakıda daha bir küçədə mikromobillik zolağı təşkil edildi 13:11 Çənələri çürüyən qızlar: Gənc qadınların mübarizəsi əmək qanunlarının təməlini qoydu 13:06 “Barselona”da yeni transfer planı: Suares üçün yaşıl işıq yandı! 14:01 Azərbaycan və Belarus arasında statistika sahəsində əməkdaşlıq memorandumu təsdiqləndi 13:59 Hesablama Palatasına yeni səlahiyyətlər verildi 13:55 “Dövlət auditi” informasiya sistemi yaradıldı - FƏRMAN 13:52 APL-də çempionluq savaşı: “Arsenal” rəqiblərini geridə qoydu! 13:48 Bütün Xəbərlər