Vuçiç: Serbiya nəyin bahasına olursa-olsun...

Vuçiç: Serbiya nəyin bahasına olursa-olsun...
27.06.2026 23:45 Dünya

Serbiya öz energetika müstəqilliyini və hərbi neytrallığını təmin etməlidir.

TodayPress TV xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Belqradda tərəfdarlarının mitinqində çıxışı zamanı bəyan edib.

"Biz sadəcə daha bir günün keçməsini gözləyə bilmərik, nəyin bahasına olursa-olsun, hərbi neytrallığımızı qorumalıyıq. Biz öz hava məkanımızı hansısa xarici ordunun qüvvələri ilə deyil, özümüz qorumaq istəyirik. Bu, əvəzsizdir, çünki bu, azadlıqdır", - Vuçiç qeyd edib.

Onun sözlərinə görə, Serbiya hərtərəfli inkişafı sürətləndirməlidir:

"Avqust ayından etibarən Serbiyada robotların istehsalına başlayacağıq. Biz data mərkəzləri açmalı, enerji sisteminin, qaz elektrik stansiyalarının, su elektrik stansiyalarının, həmçinin kiçik və böyük atom elektrik stansiyalarının təhlükəsizliyini təmin etməliyik, çünki elektrik enerjisi ən mühüm resursa çevriləcək".

Daha əvvəl iyunun 27-də Vuçiç hakimiyyətdə son bir neçə həftəsi olduğunu və tezliklə istefa verəcəyini bildirib. Onun sözlərinə görə, o, qarşıdan gələn parlament seçkilərində qalib gələ bilməsi üçün idarəedici Serbiya Tərəqqi Partiyasını dəstəkləməyə davam edəcək. Vuçiç daha əvvəl ölkə parlamentinə növbədənkənar seçkilərin payızda, sentyabrın sonundan noyabrın ortalarına qədər olan dövrdə keçiriləcəyini demişdi.

TodayPress TV

XƏBƏR LENTİ
28 IYUN 2026
Danimarka tarixində ən isti gün qeydə alındı 21:08 Netanyahu: ABŞ və Livan İsrailin təhlükəsizlik zonasını saxlamaq hüququnu tanıyıb 23:59 Vuçiç: Serbiya nəyin bahasına olursa-olsun... 23:33 Kəraçidə törədilən terror aktı nəticəsində altı nəfər həlak oldu - YENİLƏNİB 21:01 Cüdoçularımız Avropa Açıq Turnirinin ilk günündə üç medal qazandılar 23:19 Bakıda UFC həyəcanı Rafael Fiziyevin nokautu ilə zirvəyə çatdı - VİDEO 23:12 Türkiyədə mikroavtobus aşdı, ölən və yaralananlar var 22:16 Venesuelada baş verən zəlzələdə ölənlərin sayı 1400-ü ötdü 22:03 "UFC Fight Night Baku": Maqomedov Pereyranı məğlub etdi- YENİLƏNİB 20:30 Corc Rassell Avstriya Qran-prisinin təsnifat mərhələsinin qalibi oldu 22:01 ABŞ-nin İran millisindən tələbi: Dərhal ölkədən çıxın 21:29 Putindən Stalin olarmı? 22:02 Tramp Putinlə olan həmin sövdələşmədən imtina edə bilər 21:51 Bu ölkədə yenidən məcburi hərbi xidmət tətbiq oluna bilər 21:23 Avropa yanır - Əhali kondisionerlə tanış olur 21:25 "Qarabağ" Avstriya klubunu böyük hesabla məğlub etdi 21:15 "Zirə" yoxlama oyununda "Navbahor"a məğlub oldu 20:47 Moskvaya doğru uçan iki PUA vuruldu 20:44 Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək 20:27 15 mərtəbəli binanın 16-cı mərtəbəsində yeni mənzil tikdilər 20:16 "UFC Fight Night Baku": Fərman Həsənov qələbə qazandı 18:14 İran ABŞ-ni ittiham etdi - SEPAH və XİN-dən iki mühüm bəyanat 19:52 ABŞ Venesuelaya qüvvələr göndərdi - VİDEO 19:33 İran Azərbaycana hücum etməyə hazırlaşırdı, Pezeşkian qarşısını aldı 19:29 Ceyhun Bayramov və Hakan Fidan regiondakı təhlükəsizlik vəziyyətini müzakirə etdi 19:21 Bütün Xəbərlər