"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşdi

"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşdi
27.06.2026 19:08 İdman

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının komandaları arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev Kuboku" uğrunda futzal turnirində mükafatçılar bəlli olub.

TodayPress TV xəbər verir ki, İlham Əliyev adına Olimpiya İdman Kompleksində final və üçüncülük görüşləri keçirilib.

Üçüncü yer uğrunda görüşdə "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin komandası Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin komandasına 7:2 hesabı ilə qalib gələrək bürünc medala sahib çıxıb.

Sonra Fövqəladə Hallar Nazirliyini (FHN) və Ədliyyə Nazirliyini təmsil edən komandalar arasında final qarşılaşması keçirilib. 700-ə yaxın tamaşaçının izlədiyi həlledici matçı 4:3 hesablı üstünlüklə tamamlayan FHN təmsilçiləri turnirin qalibi olublar.

Görüşdən sonra mükafatlandırma mərasimi təşkil olunub. Mərasimdə gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov, fövqəladə hallar nazirinin müavini Ələsgər Ələsgərov Naxçıvan Futbol Federasiyasının (NFF) vitse-prezidenti Arif Xudiyev, baş katib Raqif Abbasov və futzal üzrə milli komandanın kapitanı Emin Kürdov iştirak ediblər. İlk üç yerin sahibləri diplom və medallarla mükafatlandırılıb. Məcid Seyidov turnirin baş mükafatı olan "Heydər Əliyev Kuboku"nu qalib komandaya təqdim edib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, AFFA, Azərbaycan Futzal Federasiyası və NFF-nin birgə təşkilatçılığı ilə mayın 16-da start götürən ənənəvi turnirdə 20 komandanın iştirakı ilə ümumilikdə 48 görüş keçirilib.

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUN 2026
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək 20:27 15 mərtəbəli binanın 16-cı mərtəbəsində yeni mənzil tikdilər 20:16 "UFC Fight Night Baku": Fərman Həsənov qələbə qazandı 18:14 "UFC Fight Night Baku": Əsas döyüşlərə start verildi 20:30 İran ABŞ-ni ittiham etdi - SEPAH və XİN-dən iki mühüm bəyanat 19:52 ABŞ Venesuelaya qüvvələr göndərdi - VİDEO 19:33 İran Azərbaycana hücum etməyə hazırlaşırdı, Pezeşkian qarşısını aldı 19:29 Ceyhun Bayramov və Hakan Fidan regiondakı təhlükəsizlik vəziyyətini müzakirə etdi 19:21 "Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşdi 19:08 Müqavimət davam edəcək - "Hizbullah" bəyanat yaydı 18:41 Əfqanıstanda 5,8 maqnitudalı güclü zəlzələ 18:21 Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA 16:13 “Qafqaz Qartalı - 2026” təlimi başa çatıb - VİDEO 16:52 Çin turnirində Azərbaycan bayrağı ucaldı - Cüdoçular medal qazandılar 16:34 Xalq şairinin vəziyyəti barədə AÇIQLAMA 17:08 "Apple" Çinlə bağlı Tramp administrasiyasından xüsusi icazə istədi 15:11 Tehranın iki bölgəsində partlayışlar baş verdi 15:39 Rusiyadan ABŞ-ni qıcıqlandıracaq təklif: İrana yardım edəcək 15:22 Rusiya Ukraynaya məxsus “MiQ-29” təyyarəsini vurdu - VİDEO 16:20 Ermənistan MSK: Seçkilərin nəticəsinə təsir edən qanun pozuntusu olmayıb 16:29 ABŞ-nin İsrailə sözü düz gəlmədi - Dəstəyi zəifləyə bilər 15:17 64 yaşlı kişi hərbi xidmətə çağırıldı 15:43 Hörmüz boğazında neft tankeri vuruldu 15:05 Naxçıvana uçuşlar ləğv edildi - SƏBƏB 14:54 Marsda mürəkkəb üzvi birləşmə tapıldı – Alimlər həyəcan təbili çalır 13:49 Bütün Xəbərlər