Venesuelada baş verən zəlzələdə ölənlərin sayı 1400-ü ötdü

Venesuelada baş verən zəlzələdə ölənlərin sayı 1400-ü ötdü
27.06.2026 22:45 Dünya

Venesuelada zəlzələ qurbanlarının sayı sürətlə artır, afterşoklar isə xilasetmə əməliyyatını çətinləşdirir.

TodayPress TV xəbər verir ki, bu barədə "CNN News" Bolivar Respublikası Milli Assambleyasının sədri Xorxe Rodriqesin bəyanatına istinadən məlumat yayıb.

"Bu həftə Venesuelada baş vermiş iki dağıdıcı zəlzələ nəticəsində azı 1 430 nəfər ölüb, daha 3 238 nəfər isə yaralanıb, 68.900 nəfər isə itkin düşüb. Xilasedicilər sağ qalanları tapmağa tələsirlər. Ağır texnikanın çatışmazlığı və davamlı afterşoklar işi çətinləşdirir", - o qeyd edib.

Bundan əlavə, zərər çəkmiş 3 142 ailə evlərini itirib və hazırda xüsusi sığınacaqlara yerləşdirilib.

Telekanalın məlumatına görə, Venesuelanın səhiyyə sisteminin onilliklər boyu baxımsız qalmasından sonra xəstəxanalar zərərçəkənlərin müalicəsinin öhdəsindən çətinliklə gəlir.

Həmçinin qeyd olunub ki, ABŞ zəlzələnin nəticələrinin aradan qaldırılması üçün faciə yerinə axtarış-xilasetmə qruplarını göndərib.

"Bu gün 80 nəfərlik iki axtarış-xilasetmə qrupu Venesuelaya yola düşüb. Bu təcrübəli xilasedicilər Dövlət Departamentinin rəhbərliyi altında ABŞ hökumətinin zəlzələnin nəticələrinin aradan qaldırılması üzrə səylərinə qoşulacaqlar", - məlumatda bildirilib.

TodayPress TV

XƏBƏR LENTİ
13 AVQUST 2026
Dunay çayında daş sədd tikiləcək 00:32 Siqareti tərgitdikdən sonra orqanizmdə hansı dəyişikliklər BAŞ VERİR? 01:03 Qara dəliyin yaxınlığında su və toz aşkar edildi! 01:08 Yeməkdən sonra mədədə ağırlıq nə vaxt normal sayılır? - Mütəxəssisdən XƏBƏRDARLIQ 01:27 Kolumbiyada zəlzələ nəticəsində ölənlərin son sayı AÇIQLANDI 01:21 CENTCOM neçə İran gəmisinin istiqamətini dəyişib? 00:36 Suriya hava qüvvələrini bərpa edir, İsrailin narahatlığı artır 01:32 NASA Günəş tutulmasını qeydə almaq üçün xüsusi təyyarəsini havaya qaldırdı 00:27 UEFA Superkubokunun qalibi müəyyənləşdi! 00:59 ABŞ-nin illərlə İraqda davam edən mövcudluğuna SON QOYULUR 00:51 Kerolayn Livitt Ağ Evin mətbuat katibi vəzifəsindən ayrılır? 00:22 İlin ikinci Günəş tutulması başa çatıb 20:26 İranda SEPAH zabiti GÜLLƏLƏNDİ 23:37 32 ölkədən Tehrana təzyiq - Etirazçıların edamı pislənildi! 23:24 Lukaku “Fənərbağça”da! – 2 illik müqavilə imzalayacaq 23:09 Sabah bu iki qəsəbədə qaz OLMAYACAQ 23:01 "Sabah" və "Orhus" azarkeşləri arasında baş vermiş insidentin GÖRÜNTÜLƏRİ - VİDEO 22:52 Azərbaycan və Tacikistan ikitərəfli münasibətlərin inkişafını müzakirə etdilər 22:41 Polşa və Rumıniyadakı dron insidentləri ilə bağlı NATO Rusiyanı ittiham etdi 22:34 Əkrəm İmamoğlu CHP-dən istefa verdi 22:18 AzTV-nin əməkdaşı faciəvi şəkildə vəfat etdi 22:09 Bakıda avtobusda yanğın baş verdi - VİDEO 21:58 "Onların pulu yoxdur" - Tramp İrandakı vəziyyətdən danışdı 21:49 Ukrayna Rusiyanın dörd hərbi gəmisini VURDU 21:40 Tümendən Bakıya uçan təyyarə Ufada məcburi eniş etdi 21:34 Bütün Xəbərlər