"UFC Fight Night Baku": Fərman Həsənov qələbə qazandı

"UFC Fight Night Baku": Fərman Həsənov qələbə qazandı
27.06.2026 20:10 İdman

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində ilkin qarşılaşmalar başa çatıb.

TodayPress TV xəbər verir ki, yeddinci görüşdə Azərbaycan təmsilçisi Fərman Həsənov (77,33) ABŞ-dən olan Erik Nolanla (77,33) üz-üzə gəlib.

Yarımorta çəkidəki döyüşdə sevinən tərəf F. Həsənov olub.

O, üç raundun yekununda rəqibinu məğlubiyyətə uğradıb.

xxx

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş baş tutub.

TodayPress TV, altıncı qarşılaşmada Türkiyə təmsilçisi Abdul Rahman Yahyaev (93,44) ABŞ-dən olan Culius Uolkerlə (93,44) üz-üzə gəlib.

Yarım ağır çəkidəki döyüşdə Abdul Rahman Yahyaev qalib gəlib.

O, birinci raundun ilk saniyələrində vaxtından əvvəl nokautla qələbəni bayram edib.

xxx

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş baş tutub.

TodayPress TV xəbər verir ki, beşinci qarşılaşmada özbəkistanlı Nursulton Ruziboev (84,36) Rusiya təmsilçisi Andrey Pulyaevlə (84,36) üz-üzə gəlib.

Orta çəkidəki döyüş Özbəkistan idmançısının qələbəsi ilə yekunlaşıb.

O, ilk raundda boğucu fəndlə rəqibini təslim olmağa məcbur edib.

xxx

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş baş tutub.

TodayPress TV xəbər verir ki, dördüncü qarşılaşmada Avstraliyanı təmsil edən Kaan Ofli (66,22) kolumbiyalı Xavyer Reyeslə (65,99) üz-üzə gəlib.

Yarım yüngül çəkidəki döyüşdə əslən türkiyəli olan Kaan Ofli rəqibindən güclü olub. O, birinci raundda X. Reyesi boğucu fəndlə təslim olmağa məcbur edib.

xxx

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş baş tutub.

TodayPress TV xəbər verir ki, üçüncü qarşılaşmada Ukrayna təmsilçisi Daniil Donçenko (77,44) İsveçdən olan Teodor Berggenlə (77,56) münasibətlərə aydınlıq gətirib.

Yarımorta çəkidəki döyüşdə ukraynalı idmançı qələbə qazanıb. O, ikinci raundda vaxtından əvvəl rəqibini məğlub edib.

xxx

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş baş tutub.

TodayPress TV xəbər verir ki,, ikinci qarşılaşmada Qazaxıstan təmsilçisi Bekzat Almakhan (61,68) Braziliyadan olan Jan Matsumoto (61,46) ilə üz-üzə gəlib.

Ən yüngül çəkidəki qarşılaşmada braziliyalı idmançı qələbəyə sevinib.

O, üç raundun yekununda hakimlərin qərarı ilə qalib gəlib.

Daha əvvəl Azərbaycan təmsilçisi Tahir Abdullayev braziliyalı Ceferson Nasimentonu məğlub edib.

"UFC Fight Night Baku"da gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.

xxx

Bakıda keçirilən "UFC Fight Night Baku" turnirində ilkin kardın ilk görüşü başa çatıb.

TodayPress TV xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan gecədə Tahir Abdullayev (Azərbaycan) braziliyalı Cefferson Nasimento ilə qarşılaşıb.

Tahir Abdullayev yarımorta çəki dərəcəsində braziliyalı Cefferson Nasimentonu məğlub edib. Döyüşçü rəqibinə üçüncü raundda vaxtından əvvəl qalib gəlib.

XƏBƏR LENTİ
18 AVQUST 2026
Belarus sərhədindəki insidentdən sonra general istefa verdi 01:38 Uşaq kəmərini bağlamadı, bütöv reys ləğv edildi! 00:34 ABŞ Prezidentindən Kim Çen Inla bağlı maraqlı paylaşım - FOTO 01:21 Qurban Qurbanov: "Çempionatdakı hər oyuna ciddi yanaşmalıyıq" 01:33 Amerikalılar Trampdan üz döndərir? - Reytinq 33%-ə düşdü 01:10 Ərdoğan Trampla İran və Qəzzanı müzakirə etdi 02:00 Kuşner HƏMAS-a 90 gün vaxt verdi: “Silahlar təhvil verilsə...” 00:54 Polşa ordusu müharibəyə hazırlaşır 00:14 Rus nefti daşıyan tanker Qara dənizdə hücuma məruz qaldı 23:59 “Barselona” dünya ulduzunu heyətinə qatdı! 23:51 Ankara və London strateji tərəfdaşlığı gücləndirir 23:33 Emin Cavadlı üçün DÇ-də bürünc medal şansı! 23:31 İraq İrandan hücumla bağlı rəsmi izahat TƏLƏB ETDİ 23:19 Brent neftinin qiyməti 91 dolları ötdü 23:03 Kim Çen In Trampın təklifinə cavab verdi 22:50 İki güləşçimiz dünya çempionatından medalla döndü! 22:52 Tramp İranla razılaşmadan imtina etdi: "Onlar hazır deyil" 22:42 Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirdi 22:32 DİM sədrindən abituriyentlərə XƏBƏRDARLIQ: "Ödənişli xidmətə tələsməyin!" 22:25 Hakan Fidan iranlı həmkarı ilə telefon danışığı apardı - Nələr müzakirə edildi? 22:17 İsrail ordusu "sarı xətt"də qalacaq! - Rəsmi AÇIQLADI 22:06 Sumqayıtda ağır qəza: Yaralananlar var - VİDEO 21:46 Ukrayna ordusu bu kəndi geri alaraq, 30 əsgəri əsir götürdü - VİDEO 21:39 TƏCİLİ: İran BƏƏ-yə məxsus tankeri ələ keçirdi 21:13 “Qarabağ” qələbə qazandı - YENİLƏNDİ 19:41 Bütün Xəbərlər