Xəzər dənizi zəhər "qusur" - Dənizə axıdılan nədir?

Xəzər dənizi zəhər "qusur" - Dənizə axıdılan nədir?
06.07.2026 17:44 Cəmiyyət

Son günlər sosial şəbəkələrdə çimərlik ərazilərində dənizə borular vasitəsilə axıdılan bulanıq su ilə bağlı yayılan görüntülər ictimaiyyət arasında narahatlıq yaradıb. Bir çox istifadəçi dənizə tullantı və ya çirkab sularının axıdıldığını iddia edirlər.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan ekoloq Sadiq Həsənov məsələ ilə bağlı açıqlamasında bildirib ki, dənizə vurulan qarışıq çirkab su deyil, dənizin dibindən çıxarılan qum və gil qatıdır.


Onun sözlərinə görə, bu proses iri gəmilərin rahat hərəkətini təmin etmək məqsədilə dəniz dibinin dərinləşdirilməsi işləri çərçivəsində həyata keçirilir:

"Görünən mənzərə əslində nasos vasitəsilə vurulan qum və gil qarışığıdır. Bu, dənizin həmin körpü tərəfində olan dayaz hissələrinin qazılaraq daha dərinləşdirilməsi prosesidir. Çünki həmin əraziyə iri tutumlu və suya daha çox batan gəmilərin gəlməsi, onların körpüyə rahat yanaşması nəzərdə tutulur. Buna görə də dəniz dibi xüsusi qazma qurğuları ilə qazılır".

Ekoloq vurğulayıb ki, qazıntı nəticəsində çıxarılan material borular vasitəsilə dənizin daha dərin hissələrinə ötürülür və bu proses texniki xarakter daşıyır:

"Qazma zamanı dənizin dibində olan gil və qum qarışığı çıxarılır, daha sonra nasoslarla dənizin daha dərin hissələrinə vurulur. Yəni burada hər hansı çirkab və ya kənar tullantının dənizə axıdılmasından söhbət getmir. Həyata keçirilən işlərin ekoloji baxımdan ciddi təhlükəsi yoxdur. Çünki faktiki olaraq dənizin bir hissəsində olan təbii çöküntü qazılaraq yenidən dənizin başqa, daha dərin hissəsinə köçürülür. Yəni dəniz mühitinə kənardan zərərli maddə daxil edilmir, sadəcə mövcud dib çöküntülərinin yeri dəyişdirilir", - deyə ekspert fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Xəzər dənizi zəhər "qusur" - Dənizə axıdılan nədir? — 1
XƏBƏR LENTİ
06 IYUL 2026
Sarkisyanın milyonları əlindən alındı - Dövlət hər şeyə əl qoydu 18:31 İlham Əliyev Neft Fondunun büdcəsini təsdiqlədi 18:21 Tramp və Zelenski Putini “yola gətirməyə” çalışacaq 18:16 Kadırov “məcburam” deyir, amma postu əldən vermir 18:08 Paşinyan Mişustinlə Rusiya-Ermənistan münasibətlərini müzakirə etdi 17:55 Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salındı 17:39 Xəzər dənizi zəhər "qusur" - Dənizə axıdılan nədir? 17:00 Rusiya Ukraynanın işığını yanmağa qoymur 16:57 İsrail siyasi mesajını götürüb... – Politoloq detalları açdı 16:56 Amerika silahlı İŞİD-lə qarşılaşmaqdansa, Şaraanın əlini sıxmağa razıdır 16:50 Paşinyan Rusiyaya "elçi getdi" – Bəlkə də bağışladılar... 16:53 Azərbaycandan Ermənistana 30 vaqon propan qazı göndərildi 17:10 Ermənistanı bədbəxt edən həmin gün: Azərbaycana tarixi qəsd necə rəsmiləşdirildi? 16:46 Himalay dağlarında robot ordu: 3 milyard insan təhlükədə - VİDEO 16:47 Britaniya rusların boğazına çökdü - Noviçoku Moskvaya yeritdi 16:48 Putinin partiyası Kadırovu yenidən "bəy" elan etdi: 19 illik taxt-tac oyunu necə davam edəcək? 16:40 Ankarada tarixi izdiham yaşanır: Trampın korteji dünyada məşhur oldu 16:41 Belarusdan kritik çıxış - Yeni savaşın mesajları necə oxundu? 16:37 Azərbaycanda klublar milli komandaya oyunçu verə bilmir – Fazil Mustafa 16:33 Rusiya Ukraynada "SOCAR"ın məntəqəsini vurdu: Azərbaycan nota verdi 16:21 Rus xalqı oğullarını yeni milyonluq orduya qurban verəcək? 16:16 Gənclər niyə bölgələri tərk edib Bakıya üz tutur? 16:05 Omskda neft zavodu vuruldu - VİDEO 15:56 Torpaq mülkiyyətçilərinin NƏZƏRİNƏ: Qanunvericiliyə yeni tələblər əlavə edildi 15:49 Ölkəni azad etdik, gəncliyin beynini işğal etdilər – İnformasiya savaşı sərhədini aşdı 15:44 Bütün Xəbərlər