Robot insanları döydü - Bəşəriyyət qapaz altında

Robot insanları döydü - Bəşəriyyət qapaz altında
06.07.2026 13:31 Cəmiyyət

Texnologiyanın sürətli inkişafı insanlığı heyran qoymağa davam edərkən, riskləri də qorxu yaradır. 

TodayPress TV xəbər verir ki, İndoneziyanın paytaxtı Cakartada keçirilən texnologiya sərgilərindən birində nümayiş etdirilən humanoid (insanbənzər) robot idarəetmədən çıxaraq ətrafdakı insanlara təpiklərlə hücum edib.

Hadisə şahidlərin kameralarına anbaan əks olunub. Görüntülərdə robotun gözlənilmədən aqressiv hərəkətlər etdiyi, ona yaxınlaşan ziyarətçilərə və texniki heyətə ard-arda təpiklər atdığı aydın görünür. Mühafizəçilərin və mühəndislərin müdaxiləsi ilə robot çətinliklə də olsa söndürülüb. Hadisə zamanı bir neçə nəfərin yüngül xəsarətlər aldığı bildirilir.

Bu hadisə sadəcə texniki bir nasazlıq kimi görünsə də, əslində bəşəriyyətin uzun müddətdir müzakirə etdiyi "Robotlar gələcəkdə insanlıq üçün təhlükəyə çevriləcəkmi?" sualını yenidən gündəmə gətirir. İndoneziyadakı insident gələcək üçün bir neçə mühüm siqnal verir.

Birincisi, fiziki təhlükə artıq real formadadır. İndiyə qədər süni intellektin təhlükələri dedikdə daha çox kiberhücumlar və iş yerlərinin itirilməsi nəzərdə tutulurdu. Lakin bu hadisə göstərir ki, metal və güclü mühərriklərdən ibarət humanoidlər proqram xətası yaşadıqda birbaşa fiziki təhdidə çevrilirlər.

İkincisi, mütləq nəzarət mümkünsüzdür. Ən mükəmməl kodlaşdırmada belə xətaların və ya sistem donmalarının qaçılmaz olduğu bir daha sübut olundu. 

Ekspertlər bildirirlər ki, bu hadisə süni intellekt və robototexnika sahəsində təhlükəsizlik protokollarının hələ də yetərsiz olduğunun bariz göstəricisidir. Əgər bu gün bir robot sadəcə proqram səhvi ucbatından insana fiziki güc tətbiq edirsə, gələcəkdə daha mürəkkəb qərarlar qəbul edən sistemlərin necə davranacağını təsəvvür etmək çətin olacaq.

Sosial şəbəkələrdə isə istifadəçilər iki cəbhəyə bölünüb. Bir qisim bunun sadə bir mexaniki nasazlıq olduğunu və şişirdilməməli olduğunu müdafiə etsə də, əksəriyyət bu hadisəni gələcəkdə yaşanacaq robot üsyanlarının kiçik bir anonsu kimi qiymətləndirir.

Şirkət rəsmiləri hadisə ilə bağlı araşdırma başladığını və robotun proqram təminatının laboratoriya şəraitində tamamilə sökülərək yoxlanılacağını bəyan ediblər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUL 2026
XİN başçısı BMT rəsmisini qəbul etdi: Nümayəndəliyin yeni missiyasının təfərrüatları açıqlandı 14:37 Bakıda ilk dəfə “Böyük Hindistan Manqo Festivalı” təşkil edildi 14:31 Paşinyan peraşkisini böldüyü dostunu niyə "yanladı"? – Simonyanın şok istefasının sirri! 14:27 Milyonlarla illik sirr meqapolisin mərkəzində açıldı 14:24 Rusiyada etniklərin və digər qeyri-rus xalqların zorla Ukrayna cəbhəsinə göndərilməsi dayandırılmalıdır - Şuşa forumundan şok bəyanat 14:20 Avtovağzal tərəfdə başlayan yanğın şam ağaclarına sıçradı - YENİLƏNDİ - VİDEO 13:38 İyulun 7-də hava necə olacaq? Rayonlarda kəskin hava dəyişəcək 13:53 Robot insanları döydü - Bəşəriyyət qapaz altında 13:33 Azərbaycan təmsilçiləri avrokuboklarda mübarizəyə başlayırlar 13:21 Prezidentin yüksək vəzifə verdiyi məmur kimdir – DOSYE 13:09 Tramp zirehli binada qalacaq - Gülləkeçirməz şüşələr və partlayışa davamlı divarlar 13:02 Bəzi rayonlara leysan yağır - FAKTİKİ HAVA 12:43 AQTA sədrinə yeni müavin təyin olundu - SƏRƏNCAM 12:29 Hikmət Hacıyev Azərbaycan kulinariya irsi ilə bağlı paylaşım etdi 12:20 Rusiya Ukraynanın ən strateji obyektlərini belə vurdu - VİDEO 12:16 Köhnə su sayğacları tarixə qovuşur: Milyonlarla abonenti gözləyən yenilik - FOTO 12:07 Orta hesabla hər gün 10 nəfərin öldürüldüyü Ukrayna savaşının dəqiq itkiləri nə qədərdir? 11:56 Qırıcılarımız xüsusi əmrlə səmaya qalxdı - Görüntülər var 11:45 Moskvada növbəti dron təhlükəsi elan olundu 11:25 Trampdan İlham Əliyevə xüsusi dəvət – TƏCİLİ 11:09 Prezident Malavi liderini təbrik etdi 11:05 Paşinyan seçkidə rəzil etdiyi Rusiyaya səfərə yollandı – Apardığı dosyelərlə Moskvanı necə susduracaq? 10:59 SEPAH-a yeni komandan təyin edildi 10:50 Xameneinin dəfnində minlərlə insanın ölə biləcəyi iddia edilir 10:32 Məhərrəm ayı nə vaxt başa çatır? 10:17 Bütün Xəbərlər