Azərbaycan yenə HUMANİZMİ SEÇDİ: Bu dəfə İrana qarşı...

Azərbaycan yenə HUMANİZMİ SEÇDİ: Bu dəfə İrana qarşı...
10.03.2026 17:22

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan tərəfindən İrana humanitar yardım göndərilib. 

Bu qərar İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında 8 mart tarixində keçirilən telefon danışığından sonra qəbul olunub. 

Maraqlıdır, bu humanist addım iki ölkə arasındakı münasibətlərə necə təsir edəcək? 

Məsələni politoloq Elşad Mirbəşiroğlu TodayPress TV-yə şərh edib.      


O diqqətə çatdırıb ki, ölkəmiz və ölkəmizin rəhbəri milli maraqlarımıza uyğun olaraq tam müstəqil siyasət həyata keçirir:     

"Biz hər hansı bir ölkə ilə münasibətlərimizi formalaşdırarkən və inkişaf etdirərkən mütləq şəkildə öz maraqlarımızdan və regiondakı vəziyyətdən çıxış edirik. Yəni regionda vəziyyətin sabitləşməsinin, sülh mühitinin formalaşmasının və əməkdaşlığın inkişaf etməsinin tərəfdarıyıq". 

Analitik vurğulayıb ki, Azərbaycan hər zaman qonşularla dinc münasibətlərin tərəfdarı olub: 

"Azərbaycanın İrana humanitar yardım göndərməsi bir daha ona dəlalət edir ki, ölkəmiz hər zaman öz xeyirxah mövqeyi ilə seçilir. Digər münaqişə vəziyyətlərində də Azərbaycan hər zaman yardım əlini uzatmağa hazır olduğunu göstərib. Bizim buna siyasi iradəmiz yetir və iqtisadi imkanlarımız bunu mümkün edir". 


Məsud Pezeşkian və  İlham Əliyev arasında baş tutan telefon danışığına diqqət çəkən ekspert deyib ki, danışıqlar iki ölkə arasında münasibətlərə xələl gətirə biləcək elementlərin aradan qaldırılmasını şərtləndirdi: 

"Pezeşkianın Azərbaycan Prezidentinə zəng etməsi ona dəlalət edir ki, o, ölkəmizin başçısına, ümumilikdə isə ölkəmizə və xalqımıza həssas yanaşır, narahatlıqlarımızı nəzərə alır və vəd edib ki, baş vermiş hadisə dəqiq araşdırılacaq. Eyni zamanda o, əmin edib ki, İran qonşu ölkələrə münasibətdə dost mövqe nümayiş etdirməkdədir". 

O, həmçinin əlavə edib ki, bunun ardınca Azərbaycan və İran arasında yükdaşımaların bərpa olunması və ölkə Prezidenti tərəfindən İrana humanitar yardım göstərilməsi haqqında tapşırığın verilməsi göstərir ki, iki ölkə arasında dinc qonşuluq münasibətlərinin davam etdirilməsi iradəsi mövcuddur. 


“Ümid edirik ki, bundan sonrakı mərhələdə də Azərbaycan ilə İran arasında əməkdaşlıq və dinc qonşuluq münasibətləri davam etdiriləcək”.

E.Mirbəşiroğlu yekun olaraq vurğulayıb ki, bu  addım Azərbaycanın müstəqil və neytral siyasətinin göstəricisidir: 

Qeyd edək ki, martın 5-də İran tərəfindən Naxçıvan aeroportuna dron hücumu həyata keçirilib. Azərbaycan tərəfi hücuma rəsmi şəkildə etirazını bildirib. İran Prezidenti Məsud Pezeşkian bir neçə gün sonra, martın 8-də  Prezident İlham Əliyevə zəng edərək İranın hadisə ilə əlaqəsi olmadığını bildirib və insidentin araşdırılacağını vəd edib.  

Jalə Rövşən

XƏBƏR LENTİ
31 IYUL 2026
Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Bütün Xəbərlər