İran nə təslim olub, nə də rejim devrilib – hansı qələbədən söhbət gedir?

İran nə təslim olub, nə də rejim devrilib – hansı qələbədən söhbət gedir?
03.07.2026 14:29 Təhlil

ABŞ Prezidenti Donald Tramp əvvəlki müharibələrin illərlə davam etdiyini əsas gətirərək, cəmi 4 ay ərzində İran üzərində tam hərbi qələbə qazanıldığı və özünün qalib çıxdığını deyib. Bəs Tramp, həqiqətən İran münaqişəsindən qalib çıxdımı? 

Sözügedən məsələ ilə bağlı deputat, siyasi şərhçi Elman Nəsirov TodayPress TV-yə danışıb.


O qeyd edib ki,  müharibənin başlanmasının əsas səbəbi İranın uranı zənginləşdirməkdən və nüvə proqramından imtina etməməsi idi. İranın nüvə silahına malik olmaq istəyi də bu məsələdə əsas amillərdən biri kimi göstərilirdi. Danışıqlar da onu göstərir ki, İran təxminən 15 il ərzində uranı zənginləşdirməkdən imtina etsə də, bütövlükdə öz nüvə proqramını dayandırmır".

Analitik Trampın münaqişədə əsas məqsədini diqqətə çatdırıb:

"Tramp üçün isə vacib olan odur ki, prezidentliyinin başa çatmasına iki ildən bir qədər çox vaxt qaldığı bir dövrdə deyə bilsin ki, onun hakimiyyəti dövründə İran uranı zənginləşdirmədi və nüvə proqramından imtina etdi.

Ancaq 15 ildən sonra bu proses yenidən başlayarsa, bunu necə qələbə adlandırmaq olar? Bu, ciddi sual doğurur".

Ekspert əlavə edib ki, eyni zamanda, İranı ABŞ və onun müttəfiqləri üçün ən təhlükəli edən məsələlərdən biri də İranın raket potensialı idi.

Tramp da aparılan danışıqlar zamanı vurğulayırdı ki, İran müstəqil dövlətdir və onun da raketləri olmalıdır.

O, həmçinin  Hörmüz boğazının da taleyinin tam  həll olunmadığını deyib: 

"Birmənalı şəkildə demək çətindir ki, boğaz bağlanıb. Hər halda, Tramp Hörmüz boğazının blokadasını aradan qaldırıb və hazırda danışıqlar davam edir. Bu danışıqların hansı nəticəni verəcəyini indidən söyləmək çox çətindir".

Şərhçinin qənaətincə, ABŞ və İsrailin əsas hədəfi İranda siyasi rejimin devrilməsi idi: 

"Bu baş vermədi. İranın təslim olması da gözlənilirdi, amma İran təslim olmayıb və hələ də hədələrlə çıxış edir.

Məsələyə bu kontekstdən yanaşdıqda demək olar ki, bu müharibədə kiminsə özünü qalib elan etməsi hələ ki inandırıcı görünmür. Xüsusilə "hələ ki" sözünün altından xətt çəkərək bunu vurğulayıram. Gözləyək, bir müddət sonra hər şey daha aydın olacaq".

Jalə Rövşən

TodayPress TV

FOTOLAR

İran nə təslim olub, nə də rejim devrilib – hansı qələbədən söhbət gedir? — 1
XƏBƏR LENTİ
17 AVQUST 2026
Pentaqon çarəsiz qaldı - Hörmüzdə plan tapa bilmir 20:33 Xırdalan sakinlərinin NƏZƏRİNƏ! Bu marşrutların hərəkət sxemi dəyişdirildi 20:20 ABŞ səfirliyi 40 min manat maaşa işçi axtarır 20:10 “Qarabağ” - “Şamaxı” matçında hesab bərabərləşdi - CANLI 19:41 “Krım da Qarabağ kimi azad olacaq” - Ukraynalı səfirdən diqqətçəkən çıxış 20:01 Kabildə dəhşətli partlayış - Məktəblilərin də yaralandığı hadisənin DETALLARI - VİDEO 19:49 Əmirbəyov və Litva səfiri nələri müzakirə etdi? 19:54 Direktor olmaq istəyənlərin DİQQƏTİNƏ! 19:16 Almanlar kütləvi şəkildə orduya gedir - 13 ilin rekordu 19:23 Zelenskidən sentyabr üçün yeni plan - DETALLAR 19:13 Kuşner Netanyahunu 4 saat “dilə tutdu” 19:07 28 yaşlı gənc Bakıda faciəvi şəkildə öldü 18:56 3 rusiyalı Azərbaycan tərəfindən təcili axtarışa verildi 18:47 Sakinlərə ŞAD XƏBƏR! Xocasəndə su problemi həll olundu 18:30 Sürücülərin DİQQƏTİNƏ! Bu küçələr bağlanacaq 18:23 Moskva Londona sərt xəbərdarlıq etdi: “Bunun nəticələri olacaq!” 18:14 Hörmüzdən gəmilərin keçidi sərbəst olmalıdır - Ərdoğan 17:44 General-mayor Abbasəli Novruzov dəfn olundu - FOTO 17:21 İnfantinonun dördüncü müddəti sual altında: FIFA-ya rəsmi müraciət 17:35 Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana gətirildi 17:06 “Qarabağ”a “Tvente” oyunu öncəsi zərbə: Cəfərquliyev zədələndi 17:03 Bu tarixdən şagirdlərin elektron yerdəyişməsi başlayır 16:54 Tramp: “İran ağ bayraq qaldırmalıdır” 16:21 TƏBİB-də iki vəzifəli şəxs işdən çıxarıldı - YENİ TƏYİNATLAR - FOTO 16:29 Fariz Əzizova AAYDA-da yüksək vəzifə verildi 16:25 Bütün Xəbərlər