Böyrək alveri şəbəkəsində Azərbaycan izi var?

Böyrək alveri şəbəkəsində Azərbaycan izi var?
31.07.2026 10:40 Cəmiyyət

Moskvada hazırda İsrail vətəndaşı Boris Volfmanın cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Bu iş illər əvvəl Avropanı silkələyən qanunsuz orqan transplantasiyası qalmaqalını yenidən gündəmə gətirib. Rusiya İstintaq Komitəsi Boris Volfmanı Kosovoda fəaliyyət göstərmiş “Medicus” klinikası ətrafında formalaşan beynəlxalq “qara transplantasiya” şəbəkəsinin iştirakçısı olmaqda ittiham edir.

TodayPress TVMusavat.com”a istinadən xəbər verir ki, Rusiya mətbuatının yaydığı məlumatlara görə, Moskvanın Basmannı Rayon Məhkəməsində araşdırılan cinayət işi Boris Volfmanın 2006-2008-ci illərdə Kosovoda həyata keçirilmiş qanunsuz böyrək transplantasiyaları ilə bağlı mümkün roluna həsr olunub. İstintaqın versiyasına əsasən, o, donorların tapılması və onların klinikaya yönləndirilməsi prosesində iştirak edib.

İttiham tərəfi hesab edir ki, şəbəkə maddi çətinlik yaşayan insanları hədəf seçib. Onlara böyrəklərini vermələri müqabilində pul vəd edilib, lakin sonradan vədlərin tam yerinə yetirilmədiyi, donorların isə sağlamlıqları üçün ciddi risklərlə üzləşdiyi iddia olunur. İstintaqın qənaətinə görə, Boris Volfman 3 Rusiya vətəndaşı da daxil olmaqla keçmiş Sovetlət Birliyi ölkələrindən olan onlarla şəxsi qanunsuz transplantasiyaya cəlb etməklə onların həyat və sağlamlıqlarına zərbə vuran əməliyyatlara yol açıb.

Boris Volfmanın adı əsasən Kosovoda yerləşən “Medicus” klinikası ilə bağlı beynəlxalq qalmaqalda hallanır. Klinika 2008-ci ildə keçirilən polis əməliyyatından sonra dünyanın diqqət mərkəzinə düşmüşdü. İstintaqın məlumatına görə, klinikada imkanlı xarici xəstələr üçün qanunsuz böyrək transplantasiyaları həyata keçirilirdi. Donorların isə əsasən iqtisadi çətinlik yaşayan ölkələrdən tapıldığı iddia olunurdu.

Araşdırmalara əsasən, donorlar müxtəlif ölkələrdən Kosovoya gətirilirdi. Onların arasında Rusiya, Moldova, Qazaxıstan və digər ölkələrin vətəndaşlarının olduğu bildirilirdi. Resipiyentlərin isə əsasən İsrail, Kanada, Almaniya və digər Qərb ölkələrindən olduğu qeyd edilirdi. İstintaqın versiyasına görə, sistem belə işləyirdi: donorlar vasitəçilər tərəfindən tapılır, klinikaya gətirilir, əməliyyatlardan sonra isə böyrəkləri imkanlı xəstələrə köçürülürdü.

Əsas maliyyə gəlirini isə vasitəçilər və təşkilatçılar əldə edirdi. “Medicus” işi üzrə ən çox adı çəkilən şəxslərdən biri klinikanın sahibi Lütfi Dervişidir. Kosovo prokurorluğu onu klinikadakı proseslərin əsas təşkilatçılarından biri hesab edirdi.

Digər mühüm fiqurlardan biri Türkiyə vətəndaşı, transplantoloq Yusuf Sönməz olub. Onun Azərbaycanda “Nur” klinikasında qanunsuz transplantasiya ilə məşğul olmasına dair məlumatlar vardı. Yusif Sönməz beynəlxalq mətbuatda “Dr. Frankenstein” ləqəbi ilə də tanınıb. İstintaq onun qanunsuz transplantasiya əməliyyatlarında iştirak etdiyini iddia edirdi. İsrail vətəndaşı Moşe Harel də şəbəkənin əsas vasitəçilərindən biri kimi göstərilib.

Onun donorların və xəstələrin əlaqələndirilməsi prosesində iştirak etdiyi iddia olunurdu. Boris Volfmanın isə məhkəmədə əsas sual qarşısında qalacağı məsələ onun bu sistemdə hansı səviyyədə rol oynamasıdır. İstintaq onu sadəcə vasitəçi deyil, beynəlxalq şəbəkənin təşkilati hissəsində yer alan şəxslərdən biri hesab edir. Moskva məhkəməsinin əsas diqqət yetirdiyi istiqamətlərdən biri Rusiya vətəndaşlarının bu şəbəkədə necə iştirak etməsi məsələsidir.

Rusiya İstintaq Komitəsi bildirir ki, iş üzrə bir neçə Rusiya vətəndaşı zərərçəkmiş kimi tanınıb. Onların Kosovoya aparıldığı və böyrək donoru kimi istifadə edildiyi iddia edilir. İstintaq hesab edir ki, həmin şəxslər ağır sosial vəziyyətlərindən istifadə edilərək bu prosesə cəlb olunublar. Məhkəmə araşdırmalarında əsas əlaqə xətti kimi Kosovo-Türkiyə-İsrail-Rusiya istiqaməti göstərilir.

Türkiyənin adı əsasən tibbi əlaqələr və transplantasiya mütəxəssisləri xətti ilə hallanırdı. İsrail isə imkanlı xəstələrin olduğu ölkələrdən biri kimi göstərilirdi. Rusiya, Moldova və digər postsovet ölkələri isə donorların tapıldığı məkanlar sırasında qeyd olunurdu. Boris Volfmanın hazırkı Moskva məhkəməsi üzrə açıq yayılan materiallar göstərir ki, belə qruplar adətən geniş coğrafiyada fəaliyyət göstərir və müxtəlif ölkələrdə vasitəçilərdən istifadə edir.

Bu baxımdan Moskva məhkəməsində yeni ifadələrin, maliyyə əlaqələrinin və digər şəxslərin adlarının ortaya çıxması istisna edilmir. Boris Volfman işi əslində bir şəxsin məhkəməsindən daha böyük əhəmiyyət daşıyır. Proses illər əvvəl üzə çıxmış beynəlxalq orqan alveri sisteminin yenidən araşdırılması deməkdir.

XƏBƏR LENTİ
31 IYUL 2026
“Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Bütün Xəbərlər