II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO

II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO
31.07.2026 10:25 Araşdırma

Bəşəriyyətə saysız-hesabsız fəlakətlər bəxş etmiş İkinci Dünya müharibəsi hələlik Yer üzünün tarixində ən qanlı savaş kimi qalır. Lakin bu müharibə həm də qeyri-adi sərkərdəlik qabiliyyəti, hərbi istedadı və bacarığı olan şəxsləri üzə çıxarıb. 

Öncə onu qeyd edək ki, Viktor Ernlə bağlı ilk maraqlı fakt onun 1907-ci ildə Azərbaycanın Gədəbəy

rayonunda doğulmasıdır. Ötən əsrlərdə Azərbaycana köçürülmüş alman ailələrindən birində doğulan Ernin ailəsi bir müddət ölkəmizdə yaşayıb. Lakin 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 14 yaşlı Viktor Ernin ailəsi 1921-ci ildə Almaniyaya köçməyə məcbur olub.


Almaniyada təhsilini davam etdirən Ern 20 yaşında donanmaya daxil olur. İki illik uğurlu xidmətindən sonra "Köniqsberq" və "Karlsrue" gəmilərində xidmət etməyə başlayır.

Onunla bağlı daha maraqlı fakt bundan ibarətdir ki, Viktor 1935-ci ilin iyulunda ilk dəniz zabiti kimi sualtı donanmaya köçürülür. 1936-cı ilin yanvarından 1937-ci ilə qədər U-14 sualtı qayığının komandiri olan Viktor 1936-cı ildə İspaniya sahillərində keçirilən hərbi əməliyyatlarda uğurla iştirak edir.

Hərbi istedadı ona gələcək karyerasında növbəti pillələrə yüksəlməyə imkan verir. 1939-cu ildə Hərbi Dəniz Akademiyasını bitirən Viktor Ern elə həmin il Hitlerin sevimli zabitlərindən biri olan admiral Karl Dönitsin qərargahında işləməyə başlayır.

Bundan bir il sonra U-37 sualtı qayığının komandiri təyin edilən Viktor Ern hərbi qabiliyyətini nümayiş etdirməyə başlayır. O, Norveç sahillərində keçirdiyi ilk əməliyyatda Almaniya ilə müharibə aparan ölkələrin, o cümlədən Britaniyanın 10 gəmisini batırır. Bir gəmiyə isə ciddi ziyan vuraraq onu sıradan çıxarır.

Ern ikinci əməliyyat zamanı daha 7 gəmini batıraraq ingilis və fransız donanmalarına güclü zərbə endirir. Müharibə illərində müttəfiqlərin ümumilikdə 26 gəmisini batıran Viktor Ern daha 24 gəmiyə ziyan vuraraq onları sıradan çıxarıb.

Onun bu xidmətləri və hərbi uğurları Almaniya donanmasının, eləcə də Hitlerin diqqətindən yayınmır. Belə ki, Viktor Ern 1940-cı il oktyabrın 21-də "Dəmir xaç" ordeni ilə təltif edilir. Bundan beş gün sonra yenidən birinci zabit kimi admiral Dönitsin qərargahına qaytarılır.

Sonrakı illərdə Aralıq dənizində fəaliyyət göstərən sualtı qayıqların koordinasiyasına rəhbərlik edən Hitlerin sevimli donanma zabiti 1942-ci ilin iyulunda Şimali Afrikadakı ezamiyyəti zamanı ağır yaralanaraq Britaniya hərbçilərinə əsir düşür. Yaralı Viktor sağaldıqdan sonra Misirdəki hərbi düşərgəyə göndərilir. 1943-cü ildə isə hərbi əsirlərin mübadiləsi nəticəsində Almaniyaya qaytarılır.

Elə həmin il admiral qərargahının birinci zabiti kimi xidmətini davam etdirən Viktor Ern 1945-ci ilin mayında yenidən Britaniya hərbçilərinə əsir düşür. Bir neçə ildən sonra əsirlikdən azad edilən Viktor Ern müharibədən sonra "Siemens" şirkətində çalışmağa başlayır. Eyni zamanda Bonnda yüksək vəzifədə işləyir.

Bir sıra faktlara əsasən, Viktor Ern bu günə qədər batırdığı gəmilərin sayına görə dünyada rekord göstəriciyə malik olub. Onun həyatı haqqında bir neçə bədii və beş sənədli film çəkilib.

Qeyri-rəsmi məlumatlara görə, Viktor doğulduğu Gədəbəyi unutmayaraq bir neçə dəfə rayona səfər edib.

Onun sonuncu səfəri ölümündən iki il əvvəl baş tutub. Viktor Ern 1997-ci ildə, 90 yaşında vəfat edib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər