Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ

Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ
31.07.2026 09:50 Xarici siyasət

Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında imzalanmış sənədlərin iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə mübadiləsi mərasimi olub.

TodayPress TV  xəbər verir ki, dövlət başçıları “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı”nı və “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Bakıt Sıdıkov mübadilə etdilər.

“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”i Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qırğızıstanın nəqliyyat və rabitə naziri Talantbek Soltobayev mübadilə etdilər.

“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qırğız Respublikasının Nəqliyyat və Kommunikasiya Nazirliyi arasında yükdaşımalar, gəmiçilik və gəmiqayırma sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qırğızıstanın nəqliyyat və rabitə naziri Talantbek Soltobayev mübadilə etdilər.

“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Qırğız Respublikasının Energetika Nazirliyi arasında neft məhsullarının tədarükü sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və Qırğızıstanın energetika naziri Altınbek Rısbekov mübadilə etdilər.

“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında energetika sahəsində əməkdaşlıq üzrə 2026-2028-ci illər üçün Yol Xəritəsi”ni Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və Qırğızıstanın energetika naziri Altınbek Rısbekov mübadilə etdilər.

“2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanmış Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə Qırğız Respublikasının Nazirlər Kabineti arasında 2024-2029-cu illər üçün Əməkdaşlıq Proqramının həyata keçirilməsinə dair Yol Xəritəsi”ni Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Bakıt Sıdıkov mübadilə etdilər.

“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qırğız Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Milli Statistika Komitəsinin sədri Baktıbek Kudaybergenov mübadilə etdilər.

“Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Qırğız Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsi arasında kibertəhlükəsizlik sahəsində Anlaşma Memorandumu”nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Maksat Asanaliyev mübadilə etdilər.

“Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Qırğız Respublikasının İqtisadiyyat və Ticarət Nazirliyi yanında Maliyyə Bazarının Tənzimlənməsi və Nəzarəti Xidməti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın İqtisadiyyat və Ticarət Nazirliyi yanında Maliyyə Bazarının Tənzimlənməsi və Nəzarəti Xidmətinin sədri Kayrat Mamatov mübadilə etdilər.

“Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Qırğız Respublikasının Çolpon-Ata şəhəri arasında qardaşlaşma əlaqələrinin yaradılması haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Çolpon-Ata şəhərinin meri Rustam Kadırkulov mübadilə etdilər.

“Azərbaycan Respublikasının Qəbələ şəhəri ilə Qırğız Respublikasının Karakol şəhəri arasında qarşılıqlı əməkdaşlıq və qardaşlaşma əlaqələrinin yaradılması haqqında Memorandum”u Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Karakol şəhərinin meri Talantbek İmanov mübadilə etdilər.

“Azərbaycan Respublikasının Gəncə şəhəri ilə Qırğız Respublikasının Oş şəhəri arasında əməkdaşlığın və qardaşlaşma əlaqələrinin yaradılması haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Oş şəhərinin meri Janar Akayev mübadilə etdilər.

“AzerGold” QSC ilə “Kyrgyzaltyn” ASC arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Memorandum”u “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və “Kyrgyzaltyn” ASC-nin İdarə Heyətinin sədri Kubat Abdraimov mübadilə etdilər.

***

09:08


Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub.

TodayPress TV xəbər verir ki, Qırğızıstan Respublikasının nəqliyyat və kommunikasiyalar naziri Alambek Sultanbayev və Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “ Azərbaycan və Qırğızıstan arasında Beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişi, həmçinin “Yükdaşımaları, gəmiçilik və gəmiqayırma sahələrində əməkdaşlığa dair Memorandum”u, Qırğızıstan Respublikasının energetika naziri Altınbek Rısbekov və Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov “Neft və neft məhsullarının tədarükü sahəsində əməkdaşlığa dair Memorandum”u, həmçinin “Energetika sahəsində əməkdaşlıq üzrə Yol Xəritəsi”ni, Qırğızıstan Respublikasının iqtisadiyyat və ticarət naziri Bakıt Sıdıkov və Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov “2024–2029-cu illər üzrə Əməkdaşlıq Proqramının həyata keçirilməsinə dair Yol Xəritəsi”ni, Qırğızıstan Respublikasının Milli Statistika Komitəsinin sədri Bakıtbek Kudaybergenov və Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov “Statistika sahəsində əməkdaşlığa dair Memorandum”u, Qırğızıstan Respublikasının Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Maksat Asanalıyev və Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov “Kibertəhlükəsizlik sahəsində qarşılıqlı anlaşmaya dair Memorandum”u, Qırğızıstan Respublikasının İqtisadiyyat və Ticarət Nazirliyi yanında Antiinhisar Tənzimləmə Xidmətinin direktoru Ayrat Mamatov və Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov “Qırğızıstan Respublikasının İqtisadiyyat və Ticarət Nazirliyi yanında Antiinhisar Tənzimləmə Xidməti ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı arasında əməkdaşlığa dair Memorandum” mübadilə edirlər.


XƏBƏR LENTİ
31 IYUL 2026
Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Bütün Xəbərlər