İran dünyanın gözü qarşısında PUA ilə ABŞ helikopterini vurur - Tramp isə "bilmədən əli dəydi" bəyanatları verir

İran dünyanın gözü qarşısında PUA ilə ABŞ helikopterini vurur - Tramp isə "bilmədən əli dəydi" bəyanatları verir
10.06.2026 12:49 Təhlil

Futbol üzrə Dünya Çempionatı yaxınlaşdıqca, ev sahibləri Trampla Vens İranla razılaşmanın ən yaxın günlərdə imzalanacağını təkrar edirlər.

Bunu TodayPress TV-yə ABŞ və İran arasında mümkün nüvə razılaşması ilə bağlı açıqlamasında siyasi analitik Nazim Bayram bildirib.

O qeyd edib ki, Futbol üzrə Dünya Çempionatı yaxınlaşdıqca, ev sahibləri Trampla Vens İranla razılaşmanın ən yaxın günlərdə imzalanacağını təkrar edirlər:

"Jurnalist Trampdan soruşur: "Helikopterimizi İran vurub?" Tramp deyir: "Pilotlarımız sağdır. Rəsmi hesabat sabah olacaq", birbaşa cavabdan qaçır. Halbuki başqa vaxt buna sadəcə şübhə olsaydı, gurultulu hədələr püskürərdi.Həm də sülhpərvər ton İsraillə İranın son raket atışmasına və Babülməndəbin bağlanması ehtimalına görə yenidən artmış neft qiymətlərini aşağı salmaq, bazarı sakitləşdirmək üçün lazımdır".

Analitikin fikrincə, ABŞ və İran arasında çərçivə razılaşması və ya memorandum xarakterli sənədin yaxın vaxtlarda imzalanması nəzəri cəhətdən mümkündür. ABŞ-nin  əsas tələbi İranın nüvə silahına malik olmamasıdır. İran faktiki olaraq nüvə bombası hazırlamırdı və bu, ABŞ kəşfiyyatının Senat və Konqresdə təqdim etdiyi rəsmi sənədlərdə də əksini tapıb". 

O bildirib ki, nüvə yayılmasına nəzarət sahəsində ən etibarlı mənbə MAQATE-dir. Onun fikrincə, İsrailin kəşfiyyat xidməti MOSAD bu məsələdə tərəf olduğundan İranın nüvə proqramı ilə bağlı qiymətləndirmələri obyektiv hesab edilə bilməz.

Ekspert xatırladıb ki, İran 2015–2018-ci illərdə Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində MAQATE tərəfindən ən çox yoxlanılan ölkələrdən biri olub və həmin dövrdə nüvə proqramı ilə bağlı ciddi irad qeydə alınmayıb. O, həmçinin Buşer AES-in son illərdə beynəlxalq monitorinq zamanı yüksək qiymətləndirildiyini qeyd edib.

"ABŞ-nin  birinci tələbi İran üçün problem yaratmır. İkinci tələb isə 60 faizədək zənginləşdirilmiş uran ehtiyatlarının ya ölkədən çıxarılması, ya da 3,67 faiz səviyyəsinə endirilməsi ilə bağlıdır. 3,67 faiz zənginləşdirilmiş uran AES yanacağı kimi istifadə olunur və İranın Buşer AES-də bu tip uran ehtiyatları MAQATE nəzarəti altında saxlanılır",- N.Bayram vurğulayıb. 

Analitik hesab edir ki, 60 faizlik zənginləşdirilmiş 450 kiloqram uran danışıqlarda əsasən siyasi-diplomatik alət kimi istifadə olunub və onun yenidən 3,67 faiz səviyyəsinə endirilməsi İran üçün ciddi problem deyil. Bu səbəbdən Tehran ikinci şərtə də razılıq verməklə Vaşinqtona əlavə siyasi dividend təqdim etmiş olur.

"İranın ABŞ-dən əvəzində hansı güzəştləri əldə edəcəyini dəqiq söyləmək çətindir. Lakin  nüvə danışıqları fonunda Tehran artıq regiondakı bəzi məsələlərdə manevr imkanlarını genişləndirə bilib və bu baxımdan Trampa satdığı “vozdux” yalnız əlavə bonus sayıla bilər",- analitik fikrini yekunlaşdırıb. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
30 IYUL 2026
Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Bütün Xəbərlər