Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi
İspaniyanın Şimali Afrikadakı muxtar ərazisi Seutada Mərakeş sərhədindən gələn kütləvi miqrant axını səbəbindən vəziyyət gərginləşib.
TodayPress TV xəbər verir ki, son 10 gün ərzində minlərlə miqrantın şəhərə daxil olmasından sonra yerli hakimiyyət fövqəladə vəziyyət elan edilməsini və ordunun prosesə cəlb olunmasını istəyib.
Məlumata görə, miqrantların yerləşdirilməsi üçün nəzərdə tutulan qəbul mərkəzlərinin tutumu tam dolub.
İspaniyanın Baş naziri Pedro Sançes vəziyyətin nəzarət altına alınması üçün bütün imkanlardan istifadə ediləcəyini bildirib.
Qeyd olunur ki, Cənubi Avropanın sərhəd keçid məntəqələrində müşahidə olunan bu fəallıq Avropa İttifaqında zəncirvari təsir yarada bilər. Miqrant axınının gələcəkdə Almaniya və digər Şimali Avropa ölkələrinə yönələ biləcəyi ehtimalı Berlində narahatlıqla izlənilir.
Qiymət Mahir