Azərbaycan Borçalını itirdi?

Azərbaycan Borçalını itirdi?
10.08.2026 10:29

Milli Məclisin deputatı Fazil Mustafa Gürcüstanda yaşayan azərbaycanlıların ictimai-siyasi fəallığı, təhsil məsələləri və dini təsirlər barədə fikirlər səsləndirib.

TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, əvvəlki dövrlərdə Gürcüstandakı azərbaycanlı icmasının qarşısında dayanan əsas məsələlərdən biri təhsillə bağlı olub.


Deputat bildirib ki, əsas hədəflər məktəblərin fəaliyyətinin qorunması, Azərbaycan dilində tədrisin azaldılmasının qarşısının alınması və müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması idi:

"Götürək Gürcüstan cəmiyyətini. Öncələr bu cəmiyyətdə bizi ən çox düşündürən təhsil məsələsi idi. Hədəfimiz təqribən belə idi: məktəblər bağlanmasın, Azərbaycan dilində tədris azaldılmasın, müəllimlər yaxşı maaşla təmin olunsun, Gürcüstanda azərbaycanlıların vətəndaş cəmiyyətlərində, siyasətdə aktivliyi artırılsın. Gürcüstan rəsmiləri də qarşımıza öz qanunlarına uyğun bir daşı itələdilər: Gürcü dilini yaxşı mənimsəmiş azərbaycanlılar dövlət qurumlarında ən üst təmsilçilik də daxil, xeyli imtiyazlar qazana bilərlər".

Fazil Mustafa hesab edir ki, bu istiqamətdə proseslər ləng də olsa irəlilədiyi vaxt azərbaycanlı icmasının dini duyğuları üzərindən fərqli təsir mexanizmləri formalaşdırılıb:

"Ləng də olsa bu istiqamətə səfərbər olduğumuzda ölkənin sosioloqları soydaşlarımızın dini duyğularını ciddi təhlil edərək ölkəni İran mollalarının üzünə açdılar və şərait yaratdılar ki, bu duyğular üzərindən azərbaycanlıları təhsil hədəfindən yayındırıb kütləvi şəkildə ziyarətlər yolçuluğuna yönəltsinlər. Həmin ölkədən gələn sosial fondlar vasitəsilə yoxsul insanlara xeyli yardımların paylanmasına şərait yaratdılar. Hər dini mərasimin önünə də mollalarla yanaşı bir keşiş qoyub onu legitimləşdirməyə başladılar".

Onun fikrincə, nəticədə diqqət tədricən təhsil və ictimai-siyasi inteqrasiya məsələlərindən uzaqlaşaraq kənardan idarə olunan dini icma modelinə yönəlib.

"Artıq məktəb ideyası ətrafında deyil, kənardan idarə olunan məscid icması üzərindən kütləyə təsir göstərməyə başladılar. Bu, təbii ki, sağlam düşüncəli azərbaycanlıları tora sala bilməzdi, ancaq əhəmiyyətli sayda insanımız öz milli ideallarından uzaqlaşmış duruma düşdü".

Millət vəkili hazırda əsas problemlərdən birinin Gürcüstanın azərbaycanlı icması daxilində gürcü dilini mənimsəyən, dövlət qulluğunda və ictimai-siyasi həyatda rəqabət apara biləcək dünyagörüşlü qüvvələrin zəifləməsi olduğunu düşünür.

"İndi gürcü seqmenti içində gürcü dilini mənimsəyərək onunla dövlət qulluğunda, ictimai-siyasi həyatda təmsilçilikdə rəqabət apara biləcək, Gürcüstan vətəndaşı kimi bu dövlətin tərəqqisinə, eyni zamanda Azərbaycan Respublikası üçün də dostluğun möhkəmlənməsinin bazasına çevriləcək sağlam dünyagörüşlü qüvvənin zəifləməsi göz qabağındadır. Mən bunu gürcü siyasətçilərindən daha çox, sosioloqlarının uğuru hesab edirəm. Bir millətin ki, yaşadığı ölkədə milli hədəfləri dəyişdi, onu yenidən doğru ideallara qaytarmaq hətta ən sərt dövlət siyasəti ilə də mümkün olmur", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Azərbaycan Borçalını itirdi? — 1
XƏBƏR LENTİ
10 AVQUST 2026
Azərbaycanlı boksçular Qazaxıstanda rəqiblərinə şans vermədi! 11:33 Mourinyodan illər sonra gələn etiraf: “Ürəyimin səsini dinlədim” 11:26 Çingiz Əlioğlu ilə vida mərasimi keçirilir 11:23 Xamenei martın ortalarından ölüb - İDDİA 11:10 Litvanın Baş naziri İlham Əliyevə zəng etdi 11:09 İlham Əliyev Məsud Pezeşkiana təşəkkür etdi 11:05 Pezeşkian Azərbaycan dilində danışdı, tənqid olundu 11:01 Bakıda əmlak bazarı ilə bağlı YENİ PROQNOZ: İpoteka və qiymətlər... 10:52 Rocer Federer gündəmdə: 45 yaşlı əfsanədən yeni fotolar 10:40 “Qalatasaray” Batrakovdan vaz keçdi: Yeni hədəf müəyyənləşdi! 10:32 Azərbaycan Borçalını itirdi? 10:29 925 yanğın hadisəsi baş verdi: FHN 43 nəfərin həyatını xilas etdi 10:10 Alonsonun gələcəyi ilə bağlı açıqlama: “O, hələ buna layiqdir” 09:59 Jurnalistin ruslarla bağlı dediyi söz işdən çıxarılmasına səbəb ola bilər 09:54 Bakıdakı “yəhudi”nin qurbanları: sensasion adlar – Deputat, iş adamı, zəngin qadınlar… 09:52 Pereyra və Oliveyra ilə görüş üçün böyük məbləğ ödənildi! 09:48 Oman sahillərində neft tankeri batdı: 800 kvadratkilometr ərazi çirkləndi 09:45 Nunyes üçün Türkiyə macərası: Salahla eyni komandada! 09:36 WNBA tarixində yeni rekord: Bir oyunda 10 üçlük! 09:24 Yaponiya orduda yeni mərhələyə keçir: Radar və döyüş təyyarələri süni intellektlə qorunacaq 09:33 Arauxonun “Liverpul”a keçidi gündəmdə: Flikdən etiraf! 09:22 Britaniyanın milyonlarla funtluq fosil xəzinəsi Əbu-Dabiyə satıldı 09:19 “Fənərbağça” Lukaku transferini bitirməyə çox yaxındır! 08:47 Hava xəbəri müzakirə yaratdı: Bakıya 4 gün yağış, ardınca isə… – AÇIQLAMA 08:57 Reşfordun taleyi bəlli oldu: Yalnız nəhəng təklif ayıra bilər! 08:41 Bütün Xəbərlər