Hava xəbəri müzakirə yaratdı: Bakıya 4 gün yağış, ardınca isə… – AÇIQLAMA

Hava xəbəri müzakirə yaratdı: Bakıya 4 gün yağış, ardınca isə… – AÇIQLAMA
10.08.2026 08:57 Cəmiyyət

Telefon hava tətbiqlərində növbəti günlərdə Bakıda 4 gün yağış yağacağı göstərilir. Sözügedən məsələ həmin tətbiqin nə qədər etibarlı mənbə olub-olmadığı ilə bağlı suallar yaradır.

Bu proqramlar nə dərəcədə etibarlıdır? Bakıda yaxın 10 gündə yağışlar, temperatur düşməsi gözlənilirmi?

TodayPress TV xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan ekoloq Arzu Mustafayev deyib ki, hava proqnozu nisbi və müəyyən mənada lokal xarakter daşıyan bir yanaşmadır:

“Çünki hətta bir hektarlıq, yaxud beş hektarlıq ərazidə belə mikroiqlim formalaşa bilər və bu, ümumi hava proqnozundan tamamilə fərqli göstəricilər ortaya çıxarar. Ona görə də bütün proqnozlar müəyyən mənada təxmin xarakteri daşıyır. Yalnız hava hadisəsinə iki-üç gün qalmış verilən proqnozların reallaşma ehtimalı 80-90 faizdən yuxarı olur.

Yayın ən isti dövrünü yaşayırıq. Havanın xüsusilə günün isti saatlarında 40-45 dərəcəyə qədər yüksəlməsi normal olduğu kimi, müəyyən günlərdə yağışların, atmosfer çöküntülərinin müşahidə olunması da təbiidir. Dağlıq ərazilərdə dolu, yüksək dağlıq ərazilərdə isə sulu qar kimi yağıntılar müşahidə oluna bilər”.

Ekoloq qeyd edib ki, bütün bunlar atmosfer cəbhələrinin toqquşması, siklonların təsiri və iqlimin normal dəyişkənliyi çərçivəsində qiymətləndirilməlidir:

“Təbii ki, temperatur müəyyən dövrlərdə 5-7, hətta 10 dərəcəyə qədər də enə bilər. Yay aylarında belə hallarda arktik hava kütlələrinin daxil olması temperaturun müvəqqəti olaraq aşağı düşməsinə səbəb ola bilər.

Digər tərəfdən, isti və rütubətli hava şəraitində atmosferdəki nəmin kondensasiya olunaraq yağış şəklində yerə düşməsi də müəyyən dövrlərdə tamamilə normal hadisədir.

Hazırda texnoloji inkişafla əlaqədar meteoroloji məlumatlar avtomatlaşdırılmış qaydada toplanır və emal edilir. Proqnozların hazırlanmasında süni intellekt və müxtəlif avtomatlaşdırılmış sistemlərdən də istifadə olunur.

Yay aylarında yağışlarla əlaqədar temperaturun 5-7, hətta 10 dərəcə aşağı düşməsi mümkündür və bu, adətən, müvəqqəti xarakter daşıyır. Belə hava şəraiti iki-üç gün, bəzən beş gün davam edə bilər.

Lakin mövsümə və Azərbaycanın yerləşdiyi coğrafi bölgənin iqlim xüsusiyyətlərinə uyğun olaraq, yay aylarında 30-40 dərəcə intervalında temperatur normal hesab olunur”.

TodayPress TV

FOTOLAR

Hava xəbəri müzakirə yaratdı: Bakıya 4 gün yağış, ardınca isə… – AÇIQLAMA — 1
XƏBƏR LENTİ
10 AVQUST 2026
Alonsonun gələcəyi ilə bağlı açıqlama: “O, hələ buna layiqdir” 09:59 Jurnalistin ruslarla bağlı dediyi söz işdən çıxarılmasına səbəb ola bilər 09:54 Bakıdakı “yəhudi”nin qurbanları: sensasion adlar – Deputat, iş adamı, zəngin qadınlar… 09:52 Pereyra və Oliveyra ilə görüş üçün böyük məbləğ ödənildi! 09:48 Oman sahillərində neft tankeri batdı: 800 kvadratkilometr ərazi çirkləndi 09:45 Nunyes üçün Türkiyə macərası: Salahla eyni komandada! 09:36 WNBA tarixində yeni rekord: Bir oyunda 10 üçlük! 09:24 Yaponiya orduda yeni mərhələyə keçir: Radar və döyüş təyyarələri süni intellektlə qorunacaq 09:33 Arauxonun “Liverpul”a keçidi gündəmdə: Flikdən etiraf! 09:22 Britaniyanın milyonlarla funtluq fosil xəzinəsi Əbu-Dabiyə satıldı 09:19 “Fənərbağça” Lukaku transferini bitirməyə çox yaxındır! 08:47 Hava xəbəri müzakirə yaratdı: Bakıya 4 gün yağış, ardınca isə… – AÇIQLAMA 08:57 Reşfordun taleyi bəlli oldu: Yalnız nəhəng təklif ayıra bilər! 08:41 Paytaxtın bu ərazilərində işıq olmayacaq 08:38 Messidən Argentina mediasına qarşı sərt qərar! 08:30 Tatarıstanda PUA həyəcanı: Neft emalı zavoduna hücum edildi - VİDEO 08:26 Cüdo millimiz Avropada növbəti uğura imza atdı! 08:18 Sərnişinlərin DİQQƏTİNƏ: 11 avtobusun dayanacağı dəyişir 21:43 Masallı sakinlərinin NƏZƏRİNƏ! Bu kəndlər qazsız qalacaq 22:06 Bal min illərlə xarab olmadan qala bilər – SƏBƏBİ 22:16 80 il əvvəl baş verən inanılmaz hadisə: ABŞ Aya siqnal göndərdi 22:44 Soyuducunun dəyişdirilməli olduğunu göstərən əlamətlər - DİQQƏT 22:54 Süni intellekt “canlı” virus yaratdı: Alimlər TƏHLÜKƏDƏN narahatdır 23:01 Təbiətin möcüzəsi: Yerin altında “inci xəzinəsi” tapıldı 23:05 5 qat NBA çempionu vəfat etdi 23:09 Bütün Xəbərlər