Farslar Pezeşkiana xəyanət edib topun ağzına atdılar - İranda ağılagəlməz ağıl oyunları yaşanır

Farslar Pezeşkiana xəyanət edib topun ağzına atdılar - İranda ağılagəlməz ağıl oyunları yaşanır
22.06.2026 11:51

İranın siyasi səhnəsində  baş verənlər ölkənin daxili idarəetmə strukturundakı dərin böhranı və hakimiyyət daxili parçalanmanı açıq şəkildə ifşa etdi.

İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxınlığı ilə tanınan bir məddahın Prezident Məsud Pezeşkiana ünvanladığı açıq təhdid ölkədə böyük rezonans doğurub. “Əgər Rəhbərin irəli sürdüyü şərtlər yerinə yetirilməsə, boğazını kəsərik və səni ağır şəkildə cəzalandırarıq” formmasındakı bu sərt və qalmaqallı çıxış,  rejiminin sistematik xarakterini növbəti dəfə göz önünə sərdi. 

Məsələnin xüsusilə diqqət çəkən tərəfi odur ki, sözügedən təhdid Müctəba Xameneinin Pezeşkiana yönəlik açıq dəstək bəyanatından qısa müddət sonra səsləndi. Müctəba Xamenei ABŞ ilə  imzalanan memorandumla bağlı danışarkən, “Mənim fərqli fikrim var idi, lakin prezident və Milli Təhlükəsizlik Şurası məsuliyyəti üzərlərinə götürdülər, ona görə icazə verdim” deyərək bir növ prosesə yaşıl işıq yandırmışdı.

Bir tərəfdən ən ali səviyyədə “etimad” və “dəstək” mesajı verildiyi halda , digər tərəfdən isə radikal qanaddan fiziki məhv təhdidi gəlir.  Beləliklə, prezident həm müəyyən addımlar üçün “icazəli” fəaliyyət sahəsi əldə edir, həm də daim fiziki və siyasi təhlükə altında saxlanılır. Nəticədə Pezeşkian rejimin əsas dayaqları olan Ali Rəhbərlik və SEPAH-ın tam nəzarəti altında sadəcə bir “icraçı fiqur” vəziyyətinə salınır.

Bu rüsvayçı mənzərə İranın daxili idarəetmə fəlsəfəsinə dair bir neçə acı reallığı ortaya qoyur:

Dövlət institutlarının aşınması: Ölkənin rəsmi seçilmiş prezidentinin sıravi bir dini təbliğatçı tərəfindən bu cür kobud şəkildə hədələnməsi rəsmi hakimiyyət iyerarxiyasının tamamilə iflic olduğunu göstərir. Hüquqi mexanizmlər və dövlət etikası yerini radikal zorakılıq ritorikasına verib.

SEPAH və radikal qrupların mütləq gücü: Bu tipli çıxışlar heç vaxt kortəbii olmur. Onlar birbaşa SEPAH-a yaxın dairələrin iradəsini ifadə edir və prezidentin hər hansı müstəqil fəaliyyət imkanını əvvəlcədən məhdudlaşdırmağa xidmət edir.

“Günah keçisi” strategiyası: Pezeşkianı daim qorxu altında saxlamaqla, ölkədəki iqtisadi çətinliklər, sosial narazılıqlar və xarici siyasətdəki uğursuzluqlar üçün bütün məsuliyyəti onun üzərinə yıxmaq planlaşdırılır. Məqsəd xalqın qəzəbini rejimin özündən yayındırıb birbaşa prezident aparatına yönəltməkdir.

İslahat cəhdlərinin beşikdəcə boğulması: Prezidentin ata biləcəyi hər hansı müstəqil addım və ya islahat cəhdi dərhal “Rəhbərin xəttinə xəyanət” kimi qiymətləndirilərək təhdidlə qarşılanacaq. Bu təzyiq Pezeşkianı ya tam itaətkar bir kuklaya çevirəcək, ya da onu açıq qarşıdurmaya sövq edərək sıradan çıxaracaq.

Mövcud vəziyyət Pezeşkianın siyasi manevr sahəsini demək olar ki, sıfır səviyyəsinə salıb. Onun qarşısında iki yol var: ya öz siyasi kimliyini və vədlərini qurban verib radikallara təslim olmalı, ya da böyük riskləri göz önünə alıb açıq qarşıdurmaya getməlidir. Hər iki ssenaridə daxili böhran daha da dərinləşəcək. 

Belə getsə, beynəlxalq arenada İran hökumətinin onsuz da zəif olan etibarı  birdəfəlik zədələcək. Dünya dövlətləri bir daha idrak edir ki, prezidentlə hər hansı masa arxasına əyləşmək və razılaşmaq heç bir məna kəsb etmir, çünki real güc radikal qrupların və Ali Rəhbərliyin əlindədir.

Başqa  tərəfdən, Hörmüz boğazının yenidən bağlanması kimi aqressiv hədələr  Tehran rejiminin daxildə hansı "formatda" təqdim olunursa olunsun, öz mürtəce xarici siyasətindən əl çəkmək niyyətində olmadığını deyir. Sistem özünü qorumaq üçün fars şovinizmi və dini radikalizmin sintezindən istifadə edərək regionu gərginlikdə saxlamağa davam edir.

Nümayiş etdirilən “demokratiya” və “islahat” oyunları  xaricə və daxili auditoriyaya yönəlmiş fasaddır. Hakimiyyət Ali Rəhbərlik və SEPAH-ın əlində cəmləşib. Öz varlığını qorumaq üçün hər cür manipulyasiya və daxili-xarici təhdidə əl atan bu teokratik sistem, Cənubi Qafqazdan tutmuş Körfəz regionuna qədər bütün Yaxın Şərq üçün davamlı qeyri-stabillik və təhlükə mənbəyi olacaq.

Jalə Rövşən

ЛЕНТА НОВОСТЕЙ
22 июня 2026
Putin ortada qalıb: Bilmir Moskva dağılır, yoxsa Rusiya... 14:43 Ukrayna Rusiyanın qulağını dağıtdı - Kosmik rabitə mərkəzi darmadağın edildi - VİDEO 14:35 Avtobusu narkotik təsiri altında sürürlər? Qəza necə baş verdi? 14:15 Müəllim geyimi dərsi yayındırır?: "O qədər çox aksesuar taxırlar ki..." 14:06 Ermənistan təyyarəsinin Rusiyada başına iş gəldi - Aləm qarışdı 13:59 Moskvanın bütün hava limanları BAĞLANDI 13:51 "Sabah"ın Avstriya toplanışındakı rəqibləri bəlli oldu 13:46 Türkmənistan Prezidentindən Azərbaycana böyük ehtiram 13:36 Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər 13:28 Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu - YENİLƏNDİ 13:01 Sabahın hava proqnozu açıqlandı - Neçə dərəcə isti gözlənilir? 13:12 Ukrayna Voroneji bu raketlərlə vurdu - VİDEO 13:10 Baş nazir istefa verdi - VİDEO 12:45 Bəzi çimərliklərdən istifadə məhdudlaşdırıldı 12:44 Türkiyə 6 min kilometrdə olan bütün hədəfləri yox edən "İldırım" ixtira etdi 12:32 Sahibə Qafarova Əli Xameneinin vida mərasimində iştirak edəcək 12:25 "Onlar cəzalandırılmasa, Albertin məzarını aparacağam” - Milli Qəhrəmanın qardaşı DANIŞDI 12:20 Amerika əfsanəsi bitdi – İran tək qlobal gücü sındırdı 12:07 “Dostlug” tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirildi 11:56 Farslar Pezeşkiana xəyanət edib topun ağzına atdılar - İranda ağılagəlməz ağıl oyunları yaşanır 11:52 Qırğızıstan hərbçiləri ölkəmizdə səfərdədir - Birgə əməliyyatlar planlaşdırılacaq 11:40 İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü oldu 11:29 İranda öldürülən qadınların saçları Ermənistana ixrac edilir? — Gömrükdə ortaya çıxan görüntülər dünyanı sarsıtdı 11:28 Bakıda qəza: avtomobil motosikletçini vurdu - VİDEO 11:21 Qafqazda tarix yazılır: Ermənistan özünü bu sahədə Azərbaycana əmanət etdi 11:18 Все новости